
Misirdə sualtı faciə
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Sonsuz qumsallıqların altında tarix nələri gizlədir?
Səudiyyə Ərəbistanının 100 milyonluq serialı Misirdə və İraqda qadağan edilib
7000 bina təhlükə altındadır
Misir piramidalarında sirli bir enerji növü meydana çıxıb
Bir əsrdən sonra daha bir firon məzarı aşkarlanıb
Üçüncü Səhra Ordusu Sinay yarımadası və Qəzza zolağı ilə sərhədlərin təhlükəsizliyini təmin edir
Məbədlərin, nəhəng heykəllərin, gəmilərin və artefaktların batmış dünyası
Dünyanın ən sirli möcüzəsinin altında gizlənmiş kəşflər bütün məlum tarixə meydan oxuyur
Əfv müqabilində ambisiyalarından və siyasətdən uzaq duracağını vəd edən “Müsəlman qardaşlar” ...
Qahirə bu məbləği 4 ildən sonra ilk dəfə tam şəkildə alacaq
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
Misir “Müsəlman Qardaşlar”la anlaşa bilərmi?
“Müsəlman Qardaşlar” məhbusların azadlığa buraxılması müqabilində siyasətdən əl çəkəcəyini deyir
Nəhəng çayın 3500 il qoruduğu heroqliflər suyun altında da aydın görünür
«The Guardian» yazır ki, Misir sufiləri Sinay yarımadasındakı məscidə basqın nəticəsində 305 nəfərin həlak olmasına baxmayaraq, peyğəmbərin mövludu bayramını keçirmək əzmindədirlər.
Ötən cümə günü Sinay şəhəri Bir əl-Abeddəki ər-Rəvda məscidində törədilmiş hücum «Misirin tarixində ən ağır qətliam olub», qəzet yazır. Məsciddə ölənlərin 27-si uşaqlardır.
Bu cinayət üçün məsuliyyəti heç bir təşkilat üzərinə götürməsə də, şahidlər hücum edənlərin maşınlarında Vilayət əs-Sinay təşkilatının bayraqlarını görüblər. Bu təşkilat özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşmaya sədaqət andı içib.
«Associated Press» xəbər verir ki, silahlılar hücumdan əvvəl ağsaqqallara təhlükəsizlik xidməti ilə əməkdaşlıq etməmək və Məhəmməd peyğəmbərin ad günü münasibətilə sufi ayinləri keçirməmək xəbərdarlığı etmişdilər.
Misir Sufi Ordenləri Ali Şurasının rəhbəri Abdel Hadi əl-Qasabi «The Guardian» qəzetinə deyib ki, onlar peyğəmbərin mövludunu bütün Misir boyunca məscidlərdə, ən əsası isə Qahirədəki Hüseyn məscidində qeyd edəcəklər.
Bununla belə, o, bütün küçə bayramlarının ləğv olunduğunu bildirib.
«Biz yalnız illik Sufi paradını keçirməyəcəyik, çünki şəhidlərimizin yasını saxlayırıq», - əl-Qasabi deyib.
Bir əl-Abed şəhərinin sakini Salem qəzetin müxbirinə qəzəbləndiyini deyib. O bildirib ki, ər-Rəvda məscidində ölənlərin çoxunu şəxsən tanıyırdı.
«Bir sufi kimi biz həmişə təhlükə altındayıq, - Salem deyib, - Silahlılar yerdən hündür olan bütün qəbirləri dağıdır, sufi türbələrini partladırlar…»
«The Guardian» yazır ki, Sinay yarımadasında 2013-cü ildən bəri vəziyyət xeyli gərgindir. Həmin vaxtdan bəri burada, keçmişdə Ənsar Beyt əl-Məqdis kimi tanınan təşkilat xüsusilə fəaldır. Bu təşkilat ötən il yarımadadakı xristianlara basqınlar edib. Lakin ər-Rəvda məscidinə hücum göstərir ki, indi onlar sufiləri də hədəfləməyə başlayıblar.
Sufilik İslam mistisizminin növlərindən biridir və Misirdə geniş yayılıb.
Ölkə boyunca minlərlə məscidin yanında sufi müqəddəslərinin qəbirlərini görmək olar. Təkcə Qahirədə yüzədək belə pir var. İD ekstremistləri sufiləri kafir hesab edirlər.
Misir prezidenti Abdel Fəttah əs-Sisi ötən cümə bəyan edib ki, ər-Rəvda məscidinə basqın üçün məsuliyyət daşıyanlar cəzalandırılacaqlar.
Ötən şənbədən etibarən, Misir hərbi-hava qüvvələri ekstremistlərin Sinay yarımadasındakı mövqelərinə zərbələr endirib.
«The Guardian» yazır ki, Sinay yarımadasının şimal hissəsi xaricilər və müstəqil müşahidəçilər üçün bağlıdır. Buna görə də sözü gedən hava zərbələrinin nə dərəcədə səmərəli olduğunu təsdiqləmək çətindir.
Sisi deyib ki, ekstremizmə qalib gəlinməsi üçün «dini inqilab» lazımdır.
Londonda mənzillənmiş «Royal United Services» İnstitutunun təhlilçisi HA Hellyer isə deyir ki, hazırda ekstremistlərin əsas hədəfi sufilərdir və 95 milyon əhalisi olan ölkədə onların səmərəli müdafiəsi demək olar mümkün deyil.
Alimin fikrincə, bu səbəbdən də hökumət yalnız böyük məscidlərin təhlükəsizliyini təmin etməyə çalışacaq.