
Fransada türklərin sayı milyona yaxınlaşır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
İki prezident arasında telefon danışığı olub
Türkiyədə hava limanındakı qiymətlər etiraza səbəb olur
Stalin şalvarında və “sapoq”unda
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
4,2 bal gücündə
Marixuananın tüstüsündən başgicəllənməyə tutulan 25 min insan hallüsinasiya görür
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Böyük buluşma mümkündürmü?
Trafikdə ən çox vaxt itirilən şəhərlərin sıyahısı
Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib
Təkanlar 4.9 bal gücündə 11 km dərinlikdə olub
Böyükşəhər Bələdiyyəsini əhatə edən cinayətlər çərçivəsində həbslərin ikinci dalğası
İnsanlar gecəni küçələrdə keçirdilər
Kütahyada bir-birinin ardınca qorxunc zəlzələlər baş verib
AFAD-dan İstanbul zəlzələsi ilə bağlı son dəqiqə açıqlaması
Türkiyədə dəhşətli bir cinayətin üstü açılıb. ANS PRESS-in məlumatına görə, Ankarada yaşayan 30 yaşlı bir qız anası olan Güldən onu avtomobildə zorlayan tanışı Yasini öldürüb. Qadın Yasinin silahı ilə onun başından güllələyib.
Polis araşdırmalar zamanı Yasinlə Güldənin əvvəldən bir-birilərini tanıdığı və qadının həmin şəxsin tikiş fabrikində işlədiyi məlum olub. Cinayətkar qadın polis tərəfindən saxlanılıb və məhkəməyə təhvil verilib. İstintaq zamanı maraqlı təfərrüatlar ortaya çıxıb.
Məlum olub ki, Güldən məktəbli vaxtında Hasan adlı bir gənclə tanış olub. Bir-birilərini sevən cütlük evlənmək qərarına gəlir. Lakin Güldənin ailəsi ziyalı olub və maddi cəhətdən Həsənin ailəsindən imkanlı olub. Bu səbəbdən də, Güldənin anası onu kasıb və savabsız oğlana qız verməkdən imtina edib. Bu səbəbdən Güldənlə Həsən birlikdə qaçıblar. Onlar bir müddət xoşbəxt cütlük kimi yaşayıblar. Lakin sonralar kasıbçılıq və bəzi məqamlar onların arasındakı məhəbbət odunu söndürməyə başlayıb. Hətta Həsən Güldənə xəyanət etməyə başlayıb. Bunun səbəbini soruşduqda isə, Həsən yoldaşını döyməyə başlayıb. Güldən bu münasibətdən bezərək ayrılıb və iki yaşlı qızını da götürərək evdən çıxıb.
Güldəni atası evində qəbul etməyiblər. Qadın məcbur olub kirayə ev tutub və
qızı ilə orda yaşamağa başlayıb. Yaxınlıqdakı tikiş fabrikində işə düzələn
Güldan bir müddət sonra fabrikin direktoru Yasin ilə tanış olub. Çox keçmədən
Yasin Güldənə evlənmək təklif edib. Qadın bu təklifi rədd edib. Lakin Yasin
ondan əl çəkməyib.
Bir gün Yasin işdən sonra Güldəni avtomobilə mindirərək evə yola salıb. Yolda
avtomobili kənara çəkərək, qadını maşından çıxarıb. Onu avtomobilin arxa
oturacağına apararaq, orada qadını zorlamağa başlayıb. Qadın onun əlindən
qurtarmaq istəsə də, bunu bacarmayıb. Yasin qadını zorladıqdan sonra əynini
geyinmək istədiyi vaxt, Güldən avtomobildən onun silahını götürüb. Silahı
Yasinin başına dirəyən Güldan bir dəfə atəş açıb. Başından güllə yarası alan Yasin
hadisə yerində ölüb.