
“Bizansvari metod dəyişməz qalıb”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Qələbə paradı ərəfəsində Ukrayna ordusunun ikinci dəfə Rusiya torpağına girməsi Kremldə şok yaradıb
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
«Rusiya 2030-cu ilə qədər vuruşmağa hazırdır, Ukrayna üçün hər şey yalnız başlanır». Bu fikirləri hərbi ekspert Aleksey Arestoviç Ukraynanın «Apostrof» nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya vəziyyətin kəskinləşməsinə gedəcək: «Onlarda başqa çıxış yolu yoxdur. Formalar və bu kəskinləşmənin üsulları çox geniş spektrdir. Prezident Vladimir Putin əbəs yerə Yaxın Şərqə getməyib. Rusiya bazaları hələ Liviya, Misir, Sudan və Cibutidə olacaq. Onlar Rusiya ssenarisinə müvəffəqiyyət kimi baxdılar və indi onu bütün Yaxın Şərqə proyeksiya edirlər. Onlar böyük oyun oynayırlar. İki tank ordusu Ukraynanın sərhədlərində formalaşdırır. Bu alət 2020-ci ilə kimi hazır olmalıdır».
A.Arestoviç hesab edir ki, Rusiyanın bütün oyunu 2030-cu ilə qədər hesablanıb. O, hətta hakimiyyətin əvəz olunacağı və ölkə rəhbərliyində Putin olmayacağı halda belə, bunun dəyişməyəcəyini düşünür.
Ekspertin fikrincə, Rusiya indi geri çəkilməyə başlayarsa, ölkədə böhran qaçılmazdır: «Çünki Putini mövqeləri təslim etməkdə ittiham edəcəklər. Onda o, dəqiq hərbi çevrilişlə qarşılaşacaq. Rusiyada təhlükəsizlik işçilərinin sayı 300 min artıb və onlar fasiləsiz vuruşurlar. Rütbələr, ordenlər, pullar və cəmiyyətdəki vəziyyət onlara bu müharibələri dayandırmağa imkan verməyəcək. Çünki onlar bunlarla yaşayırlar. Rusiyanın pulu bitəndə bu ölkə mütləq parçalanacaq».