vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
16:27 | 12 fevral 2014 | Çərşənbə Məqaləyə 1944 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qərarın ləğvi təklif olundu»

Vaqif Sadıqov AFFA-nın gənc futbolçularla bağlı qərarına qarşı çıxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Məlum olduğu kimi, gələn mövsümdən klublar heyətdə ən azı iki 21 yaşadək futbolçu oynatmalıdır. Amma bəzi elita təmsilçiləri bununla razılaşmır. Məhz bu üzdən bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) klubların çalışdırıcılarını yığaraq onların fikrini öyrənmək istəyib. Futbolinfo.az saytına açıqlama verən «AZAL»-ın baş məşqçisi bu qərara qarşı olduğunu bildirdi:

«Qərar qəbul olundu ki, İcraiyyə Komitəsinin iclasından 1-2 həftə öncə yenidən bir araya gələk. Baş məşqçilərin arasında nümayəndə heyəti yaradılıb ki, İcraiyyə Komitəsinin iclasında toplantımız haqqında hesabat verilsin. Məsləhət olundu ki, nümayəndə heyətinə Qurban Qurbanovla Mustafa Dənizli rəhbərlik etsin. Biri gənc, digəri isə təcrübəli mütəxəssis olduğu üçün. Onlar İK-in iclasında çıxış etməklə, bizim fikirlərimizi çatdırmağa çalışacaqlar. Bundan sonra da İK öz iclasında bu qərarlara baxacaq. Ayrı-ayrı fikirlər səsləndi. Demək olmaz ki, hansısa fikrin üstündə dayandıq. Bu qərarın məqsədi ondan ibarətdi ki, 2020-ci ildə güclü çempionat və milli komanda yaradılsın. Ancaq düşünürəm ki, gənc futbolçulara süni şərait yaratmamalıyıq. Futbolçular arasında rəqabət olmalıdır. Zorla futbolçunu futbolçu etmək düzgün deyil. Gənc futbolçularda istək olmalıdır ki, öz gücünü göstərib, əsas heyətdə yer alsın. Təklifim ondan ibarət idi ki, bu məsələyə yenidən baxılsın və qərar ləğv olunsun».