
Misirdə sualtı faciə
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Sonsuz qumsallıqların altında tarix nələri gizlədir?
Səudiyyə Ərəbistanının 100 milyonluq serialı Misirdə və İraqda qadağan edilib
7000 bina təhlükə altındadır
Misir piramidalarında sirli bir enerji növü meydana çıxıb
Bir əsrdən sonra daha bir firon məzarı aşkarlanıb
Üçüncü Səhra Ordusu Sinay yarımadası və Qəzza zolağı ilə sərhədlərin təhlükəsizliyini təmin edir
Məbədlərin, nəhəng heykəllərin, gəmilərin və artefaktların batmış dünyası
Dünyanın ən sirli möcüzəsinin altında gizlənmiş kəşflər bütün məlum tarixə meydan oxuyur
Əfv müqabilində ambisiyalarından və siyasətdən uzaq duracağını vəd edən “Müsəlman qardaşlar” ...
Qahirə bu məbləği 4 ildən sonra ilk dəfə tam şəkildə alacaq
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
Misir “Müsəlman Qardaşlar”la anlaşa bilərmi?
“Müsəlman Qardaşlar” məhbusların azadlığa buraxılması müqabilində siyasətdən əl çəkəcəyini deyir
Nəhəng çayın 3500 il qoruduğu heroqliflər suyun altında da aydın görünür
Misirdə ölümdən sonrakı həyatdan mesaj verən onlarla daş tabut və boyunbağının olduğu qədim nekropol aşkarlanıb. Qahirənin cənubundakı Minya şəhəri yaxınlığında olan ərazinin 2000-dən çox yaşı var və qazıntıların beş il davam edəcəyi gözlənilir.
Misirin əntiq əşyalar naziri Xalid əl-Ənani nekropolda 40 qəbir, zərgərlik, dulusçuluq əşyaları və qızıl maska tapıldığını deyib.
O deyib ki, ərazidə Firon dövrünün sonlarından e.ə. 300-cü illərin erkən Ptolemey dövrünə (Misir tarixində Ptolemey ellinizm dövrü) qədər olan dəfn kurqanları tapılıb.
«Bu yeni kəşfin başlanğıcıdır. Biz yaxın gələcəkdə Orta Misir yeni arxeoloji araşdırmalar aparacağıq», - Xalid əl-Ənani deyib.
Arxeoloji missiyanın rəhbəri Mustafa Vəziri, son üç ayda səkkiz türbə tapıldığını, lakin daha çoxunun ortaya çıxmasını gözlədiyini söyləyib.
«Qəbiristanlıqdakı bütün qəbirləri ortaya çıxarmaq üçün evakuasiya işinin beş il davam etməsi planlaşdırılır», - Mustafa Vəziri deyib.
Cənab Vəziri, məzar və abidələrin bir çoxunun qədim Misir tanrısı Totun kahinlərinə aid olduğunu söyləyib.
Horus tanrısının dörd oğlunun üzünə bənzəyən qapaqlar şəklində hazırlanmış dörd yaxşı saxlanmış bərnilər də tapıntılar arasındadır.
«Onlarda hal-hazırda mərhumların mumiyalanmış daxili orqanları qalır. Bərnilər sahiblərinin adı və titulunu göstərən heroqliflərlə bəzədilib», - Cənab Vəziri bildirib.
O, üzərində heroqliflərlə «xoşbəxt yeni il» yazılan boyunbağının aşkarlanmasının yeni il ərəfəsinə təsadüf etməsinin «gözəl təsadüf» olduğunu bildirib.
«Bu, ölümdən sonrakı həyatdan bizə göndərilmiş bir mesajdır», - Mustafa Vəziri deyib.
Bu ayın əvvəlində arxeoloqlar 4,400 il tarixi olan qədim kahin türbəsini aşkar ediblər.