vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
OLAY  
19:00 | 17 fevral 2014 | Bazar ertəsi Məqaləyə 2511 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maşın sahiblərinə şad xəbər

Cərimələrə 100 manat endirim edildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə tətbiq edilən bəzi cəzalar 3 dəfə yüngülləşdiriləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə dəyişikliklər edilməsinə dair qanun layihəsi hazırlanıb.

Qanun layihəsində Məcəllənin 155-ci maddəsinə əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Yeniliklərə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə cərimə 50 manat olacaq.

Qeyd edək ki, hazırda bu cərimə 150 manat təşkil edir.

Artıq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq plenar iclasa çıxarılması tövsiyə olunub.