VII Muğam televiziya müsabiqəsinin seçim turları başa çatıb
Mart ayında 20 gənc ifaçı qalibiyyət uğrunda istedadını nümayiş etdirəcək
Lalə AZƏRİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nəsimidən Füzuliyə...
“Azərbaycan klassik poeziyasının dahiləri” mövzusunda şeir müsabiqəsi başa çatıb
-
Musiqi düşüncələrim
Muğam təhsilindəki müasir problemlər
-
Poetik-analitik alim –
ömrü uzunu “ən çətin sənətkarlar”ı hamı üçün asanlaşdırmış Əli Fəhmi...
-
Bakılı belə danışır
Gənc tədqiqatçının yeni kitabı təqdim edilib
-
«Səsimə güvənirdim»
«Muğam televiziya müsabiqəsi-2017»nin qalibi Almaxanım Əhmədli: «Bu sənətdə öyrənəcəyim çox şeyin olduğunu düşünürəm»
-
Muğamın pərdəarxası...
... Və ya Canəli nəyi düz deyir, nəyi əyri?
-
«Onlar nə bilir zəngülə nədir?»
Əlibaba Məmmədovdan Larisa Dolinaya cavab
-
«Zaman-zaman tanıdığım Vasif Babayev»
... və ya «Xuraman»la gələn ilk «Qran-Pri»
-
Terror hədələrinə qarşı əməliyyat
Azərbaycana təhdidlər güc strukturlarını hərəkətə gətirdi; qurumların önləyici addımlar atması zərurəti yaranıb
-
«İslahat qasırğası» MTN-ə çatdı
Yaşı tamam olan işçilər təqaüdə göndərilir
-
«Mini yubkada muğam oxumazlar»
Mələkxanım Əyyubova: «Bəzi böyüklərimiz dünənki uşaqlara dil verir»
-
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VII Muğam televiziya müsabiqəsinin bölgələr üzrə seçim turları barədə xəbər vermişdik.
Beynəlxalq Muğam Mərkəzində Bakı şəhəri üzrə ifaçıların əsas və sonuncu seçim turu gerçəkləşdi. Üç gün (8-10 fevral) davam edən dinləmə-seçimlər kimisini kədərləndirdi, kimisinə isə sevinc bəxş etdi.
Ümumilikdə, seçim turlarında 400-dən çox ifaçı iştirak edib. Bölgələr üzrə 30, Bakı şəhəri üzrə 40 nəfər həlledici seçimə qatılmışdı. Bu 70 gəncdən 20 nəfəri müsabiqədə yarışmaq üçün vəsiqə qazanıb.
Münsiflər heyətinin üzvləri – xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi iştirakçıları diqqətlə dinləyirdi. Bəzi iştirakçıların gözəl səsləri olsa da, ürəkaçan ifa təqdim edə bilmirdilər. Münsiflərin fikirləri, öz aralarında məsləhətləşmələri və nəhayət, seçimləri prosesin çətinliyindən, məsuliyyətindən xəbər verirdi.
Müsabiqənin icraçı direktoru İlqar Fəhmi: “Müsabiqəyə müraciət edənlərin sayı ildən-ilə artır. 400-dən çox gəncin bu seçimlərə qatılması o deməkdir ki, gənclər arasında sənətə böyük maraq var. Təbii ki, seçim turlarına səsi gözəl olan da, yaxşı hazırlaşan da, hazırlaşmayan da qatılmışdı. Lakin biz seçim turlarında ilk növbədə iştirakçıların səs imkanlarına, zəhmətkeşliyinə, öyrənmə qabiliyyətinə, qavrayışına önəm verdik. Finala qalan iyirmiliyi seçmək o qədər də asan olmadı”.
Müsabiqədə yeniliyin olub-olmayacağına dair sualımıza cavabında İ.Fəhmi dedi ki, bu tipli müsabiqələrdə mühüm dəyişikliklər olmur: “Muğam nə konservativ olaraq dəyişməyi, nə də o qədər çox improvizəni xoşlayır. Müsabiqənin bütün prosedurları illərdir cilalanıb, süzgəcdən keçib. Təbii ki, builki müsabiqədə kiçik dəyişikliklər nəzərdə tutulub”.
Münsiflər heyətinin üzvü, Xalq artisti Mənsum İbrahimov müsabiqəyə İrandan iki iştirakçının müraciət etdiyini bildirdi: “Bu ifaçılar finala vəsiqə qazanıb. Onların da maraqlı səs tembrləri var. Müsabiqə başlayanda, siz də maraqlı və yeni, gözəl səslərin şahidi olacaqsınız. Finala vəsiqə qazanan 20 iştirakçının tamaşaçılar tərəfindən seviləcəyinə inanırıq. Muğam Azərbaycan xalqının ruhudur. Ümid edir ki, müsabiqə günlərində xalqımıza gözəl bir muğam bayramı ab-havası yaşada biləcəyik”.
Müsabiqənin yolunu həsrətlə gözləyən tamaşaçılar Novruz bayramı ərəfəsində yeni səsləri, gənc ifaçıları tanıma imkanı əldə edəcəklər. Bu dəfə də klassik şairlərimizin yaradıcılığından ən gözəl nümunələrlə müsabiqə iştirakçıları həftədə iki dəfə evlərimizin qonağı olacaq.