
VII Muğam televiziya müsabiqəsinin seçim turları başa çatıb
Mart ayında 20 gənc ifaçı qalibiyyət uğrunda istedadını nümayiş etdirəcək
Mart ayında 20 gənc ifaçı qalibiyyət uğrunda istedadını nümayiş etdirəcək
ömrü uzunu “ən çətin sənətkarlar”ı hamı üçün asanlaşdırmış Əli Fəhmi...
... Və ya Canəli nəyi düz deyir, nəyi əyri?
Larisa Dolina: «Həyatımda heç vaxt bu qədər nifrət, lənətlə üzləşməmişdim»
«Ermənilər bunu əla bilirlər»
«Ermənilər bunu əla bilirlər»
«Ermənilər bunu əla bilirlər»
Rusiyanın xalq artisti, bakılı müğənni Larisa Dolinanın «Rossiya 1» telekanalında yayımlanan «Odin v odin» proqramında muğamın ermənilər tərəfindən məharətlə oxunduğunu söyləməsi xalq artisti, ustad xanəndə Əlibaba Məmmədovu da qəzəbləndirib.
Publika.az-a açıqlama verən sənətkar bu sözləri deyib: «Ermənidən heç vaxt sənətkar çıxmayıb, çıxmayacaq da. Onların heç musiqisi də yoxdur, bizdən oğurladıqlarını oxuyurlar. Orda-burda da bizim musiqiləri adlarına çıxmaqla öyünməyə çalışırlar. Rusiyalı müğənninin də onları tərifləməsində qeyri-adi heç nə yoxdur. Həmişə ruslar onları müdafiə edib. Ermənilər o vaxt Bakıda kamança çalmağı bizim sənətkarlardan öyrənirdilər. Hətta bizim muğam ifaçılarına həsəd aparırdılar. Bizim xanəndələrin başına şabaş tökürdülər. Onlar nə bilir xırdalıq nədir, zəngülə nədir? Halva-halva deməklə ağız şirin olmur e, gərək əlindən bir iş gələ.
Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva bütün dünyada Azərbaycan muğamını təbliğ etdi, tanıtdı. Bu gün də muğamatımızın himayədarıdır».