vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
13:52 | 25 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1595 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentdən müjdələr

“Ciddi sosial paket üzərində iş aparılır”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır”. Bunu iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə Prezident İlham Əliyev bildirib.

“Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim. Minimum əmək haqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərin, digər ödənişlərin artırılması böyük bir sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlər ilə bağlı məsələ də həllini tapacaq, sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq. Bu proqram 500 mindən çox əhalini əhatə edir. O cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların sayını da nəzərə alsaq, təxminən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Bu çox ciddi sosial paketdir”.

Qeyd edək ki, bu gün İlham Əliyev problemli kreditlərin vətəndaşların xeyrinə həll ediləcəyinin anonsunu verib.