vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SAĞLAMLIQ  
21:24 | 7 fevral 2022 | Bazar ertəsi Məqaləyə 725 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Omikron” sürətlə yayılır

Nə etməli?

Yeni növ koronavirusa yoluxma statistikasında hər gün rəqəmlər artır. Mütəxəssislər bildirirlər ki, yoluxmanın artmasının səbəbi bir çox insanların xəstəliyi simptomsuz keçirməsidir. İnsanlar xəstə olduğunu bilmir və gündəlik işlərinə davam edərək ictimai yerlərdə başqalarını da yoluxdururlar.

Həkim-infeksionist Nigar Əliyeva bununla bağlı açıqlamasında bildirib ki, koronavirusun “Omicron” ştamının çox yüksək yoluxduruculuq xüsusiyyəti var. Hətta virusun yoluxduruculuğu o qədər yüksək, inkubasion dövrü o qədər qısadır ki, bir neçə gün, hətta sutka ərzində yoluxmadan sonrakı kliniki əlamətlər dərhal üzə çıxır.

“Nəzərə alsaq ki, assimptomatik və kliniki əlamətləri çox zəif olan vətəndaşlar yaxma verməyə ehtiyac duymurlar, onda yoluxmanın daha çox olduğu aşkar olar. Getdikcə yoluxma sayındakı rəqəmlərin artacağı da gözlənilir. Ona görə də vətəndaşlar cüzi zökəm və ya hər hansı bir kliniki əlamət hiss edəndə özlərini təcrid etməli, kollektiv arasına çıxmamalıdırlar. Xəstəlik yüngül keçir, demək olar ki, ağırlaşmalar çox az müşahidə olunur, ona görə də çox vaxt onu adi mövsümü qrip kimi qiymətləndirir və təcrid olunmağa ehtiyac görmürlər. Bu isə xəstəliyin sürətlə yayılmasına və artmasına səbəb olur”.

Qeyd edək ki, “Omicron” ştammında boğaz ağrısı, öskürək, temperaturun o qədər də yüksək olmaması, mutasiya dövrünün olduqca qısa olması halları müşahidə edilir. Yorğunluq, halsızlıq hallarının çoxalması da xəstəliyin kliniki əlamətlərindəndir. (yenisabah.az)