
Trampın NATO planları tutur
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
Almaniya İsraildən müdafiə sistemi alıb
Trampın sammitdə iştirak etmək üçün yalnız bir şərti var
NATO ölkəsi Trampın tələb etdiyi 5 faizlik həddi keçdi
Tanınma nişanı olmayan Rusiya hərbi təyyarəsi narahatlıq yaradıb
Eks-prezident NATO ölkələrini hədələdi
Dünya ölkələri müdafiəyə 2024-cü ildə 2,7 trilyon dollar xərcləyib
Ordusu olmayan NATO ölkəsi narahat olmağa başlayır
Hərbi ekspert tarix verdi
Vahid Avropa ordusu – mif, yoxsa reallıq?
Tramp daha bir yüksək rütbəli ABŞ komandirini işdən çıxarıb
NATO üzvləri təhlükə hissləri artdıqca müdafiəyə nə qədər pul xərcləyirlər?
Belarus prezidenti özünə xələf hazırlayıb?
İsveç müdafiəyə əlavə sərmayə qoymağa qərar verdi
Aleksandr Lukaşenko Osipoviçski poliqonunda Belarus-Rusiya “Müttəfiqlərin Qətiyyəti - 2022” təlimlərini gedişi ilə tanış olduqdan sonra deyib ki, Qərbdən gələ biləcək təhdidlərə qarşı Belarusa “supernüvə” silahları yerləşdirilə bilər.
“Lazım gəlsə, rəqiblərimiz tərəfindən belə axmaq addımlar atılsa, ərazimizi qorumaq üçün yalnız nüvə deyil, həm də supernüvə və perspektivli silahlar yerləşdirəcəyik” BelTA dövlət xəbər agentliyi Lukaşenkodan sitat gətirib.
Eyni zamanda o bildirib ki, əgər qərbdən təhdid olmazsa, onda Belarusda nüvə silahı məsələsi ortaya çıxmayacaq. “Buna burada 100 il də ehtiyac yoxdur” - deyə, Lukaşenko əlavə edib.
NATO-nun baş katibi Yens Stoltenberq Lukaşenkonun sözlərinə cavab olaraq deyib ki, NATO təhlükə deyil, müdafiə ittifaqıdır. “NATO təhdid deyil, NATO müdafiə ittifaqıdır və biz 70 ildən artıqdır burada müdafiə etmək və qorumaq üçün olduğumuzu sübut etmişik” - deyə, “İnterfax” Stoltenberqdən sitat gətirib.
Stoltenberq “Alyans Rusiyanın nüvə silahlarına sərmayə qoyması nəticəsində yaranan təhlükə də daxil olmaqla, mövcud və gözlənilməz təhlükə şəraitində bütün müttəfiqlərini qoruya bilmək üçün lazımi addımlar ata bilər” deyib.
Bundan əlavə, Lukaşenko təlim poliqonuna səfəri zamanı Belarusun xarici işlər naziri Vladimir Makeyin fevralın 20-dən, Müttəfiq Qətnamə təlimi başa çatdıqdan sonra Rusiya qoşunlarının Belarus ərazisindən çıxarılması ilə bağlı verdiyi bəyanatı da şübhə altına alıb.
Lukaşenkonun sözlərinə görə, o, fevralın 18-də Moskvaya gedəcək və orada Rusiya prezidenti Vladimir Putinlə birgə qoşunların gələcək fəaliyyətini müzakirə edəcək.
Vladimir Makey bir gün əvvəl təlimlər başa çatdıqdan sonra Belarusda nə bir nəfər Rusiya hərbçisi, nə də bir dənə Rusiya texnikasının qalmayacağını demişdi.