vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AVROPA  
20:13 | 22 mart 2022 | Çərşənbə axşamı Məqaləyə 966 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Boris Consonun istəyi...

Britaniya baş naziri tarixə nə Çörçil kimi, nə də Çemberlen kimi düşmək istəyir

VÜQAR

MÖVZU İLƏ ƏLAQƏLİ

Çemberlenin ilk təyyarə tərcrübəsi Almaniyaya səfəri idi. 1938-ci ilin sentyabrında Britaniya baş nazirinin Almaniya füreri ilə üzbəüz görüşdən başqa heç bir variant ağlına gəlmirdi. Daxili siyasətə daha çox diqqət ayırmaq niyyətində olan keçmiş biznesmen Çemberlen təcrübəsi olmayan bir çətinliklə üzləşmişdi.

Hitler Çexosklovakinı işğal etməklə bağlı gur bəyanatlar verirdi. Bunun baş verməsi dünya müharibəsinə gətirib çıxaracaqdı. Britaniya baş naziri isə bütün gücü ilə bunun qarşısını almağa çalışırdı. Ona görə də, həmin an heç kimin gözləmədiyi halda Almaniyaya gedib, Hitlerlə görüşməli olduğu fikrinə gəldi.

Nə Ruzvelt, nə də Stalin Hitlerlə görüşməmişdi. Onun necə bir insan olduğunu təsvir edəcək insanların sayı az idi. Olanların da bir qismi fürerə rəğbətini gizlətmirdi. 

Çemberleni Münhenin yaxınlığında təyyarənin endiyi yerdə minlərlə insan qarşıladı. Daha sonra təmtəraqlı şəkildə Almaniya lideri ilə görüşə müşayət edildi. 

İki lider arasında görüş çox gərgin keçdi. Hitler “mən dünya müharibəsinə hazıram” deyərək, niyyətində qəti olduğunu bildirirdi. Çemberlen isə söhbətin bir hissəsində ona “bununla kifayətlənəcəksən?” sualı verdi. Hitler bu suala “hə” deyə cavab verdi. Çemberlen ona inandı.

Çemberlen bacısına yazdığı məktubda bu görüşü “bir kişi ilə söhbət” kimi təsvir etmişdi: “Bütün sərtliyə və qəddarlığa rəğmən mən o qənaətə gəldim ki, o söz veribsə, ona güvənmək olar.”

Çemberlen Hitlerlə görüşmək üçün növbəti iki həftədə daha iki dəfə Almaniyaya səfər etdi. Sonuncu səfərində Hitlerin ambisiyasının yalnız Çexoslovakiyanın alman əhalisinin yaşadığı ərazisi olduğunu bildilirən bir sənəd imzalandı.

Çemberlen razı şəkildə evinə qayıtdı və jurnalistlərin əhatəsində həmin razılaşmanın yazıldığı vərəqi çıxararaq, “bu vərəqdə onun və mənim imzalarımız var” dedi. Daha sonra əlavə etdi ki, “indi isə sizə evə gedib, yatağınızda hüzurla yatmağı tövsiyə edirəm.”

1939-cu ilin mart ayında Hitler Çexoslavakiyanın müqavilədə yer almayan, geridə qalan hissəsini işğal etdi.

***

Boris Consonun istəyi tarixə ikinci Çörçil kimi düşmək deyil. Boris Conson və digər dünya liderlərinin istəyi tarixə ikinci Çemberlen kimi düşməməkdir.