vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
16:11 | 5 mart 2014 | Çərşənbə Məqaləyə 2099 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Oyunlar bizim üçün çətin keçir»

«4 gedəni 6 yeni oyunçu əvəzləyirsə, artıq pulun qalırsa, necə oynayasan?»

MÖVZU İLƏ ƏLAQƏLİ

Topaz Premyer Liqasının 25-ci turunda «Simurq»u qəbul edəcək AZAL bu oyuna hazırlığı davam etdirir. Futbolinfo.az xəbər verir ki, «təyyarəçilər» heyətdə zədəli və cəzalıların olmasına baxmayaraq, uğursuz gedişata son qoymaq istəyir. Bu barədə saytımıza açıqlamasında komandanın baş məşqçisi Vaqif Sadıqov məlumat verib:

«Simurq»la oyuna hazırlıq normal səviyyədə davam edir. Bu məsələyə toxunmaq istəmirəm, amma zədəli və cəzalı futbolçularımız var. Samuel Barlay zədə səbəbindən həmin oyunda olmayacaq. Baxmayaraq ki, bu oyunlar bizim üçün çətin keçir. Ancaq biz də başa düşürük ki, bu vəziyyətdə mütləq bir qələbə lazımdı ki, davamı gəlsin. Buna görə də meydanda qələbə qazanmaq üçün sonadək mübarizə aparacağıq. Meydana hər dəfə qələbə qazanmaq üçün çıxırıq. Ancaq bu, idmandı, məğlubiyyət də olur, qələbə də. Aciz qalırsan, məğlub olursansa, bu, bir yana. Amma oyunda üstün tərəf olursan, lakin yenə də məğlub olursansa, bax bu, adama toxunur. Əgər bilsən ki, sən zəifsən, acizsən o zaman məğlubiyyət təsir etməz. Ancaq heyf ki, bu gün bizdə vəziyyət belədi. Komanda o vaxt güclü olur ki, bu cür ağır duruma düşdükdə, çıxış yolunu tapır». 

Bundan başqa Sadıqov heyətdəki problemlərin səbəbindən də danışıb: «Əgər məndən olsa, bu heyətdəki problemləri çoxdan həll edərdim. Ancaq indi necə bu problemi həll edim? Hər şey puldan asılıdı. Sabah qarşımıza məqsəd qoysunlar ki, çempionluğa oynayaq, gör necə həll edərik. Təbii ki, yenə də hər şey pula bağlıdır. Əgər komandadan 4 futbolçu gedir və həmin gedənlərin əvəzinə 6 futbolçu gəlirsə, üstəlik artıq pulun da qalırsa, necə oynayasan? Bu da onun göstəricisidir ki, bu gün biz lazım olanı əldə edə bilmirik».