
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Təbəssümləri də saxtadır
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Rusiyadakı bütün çörək zavodlarının 90 faizə qədəri xaricdən gətirilən avadanlıqlarla işləyir. Belə ki, sözügedən müəssisələr üçün nəzərdə tutulan avadanlıqların ölkəyə gətirilməsi ilə bağlı problem Avropa İttifaqının (Aİ) sanksiyaların beşinci raundundan sonra üzə çıxıb.
“Kommersant” yazır ki, komponentlərin ehtiyatları bir neçə ay davam edəcək. Nəşr yazır ki, indi Rusiya şirkətləri Çin və Türkiyədə aktiv şəkildə alternativ təchizatçılar axtarışındadır.
Ekspertlər hesab edirlər ki, bu, bahalaşmaya səbəb ola bilər. Milli Çörək İstehsalat Birliyinin sədri Rüstəm Aydiyev deyir ki, çörəkbişirənlərin Avropa avadanlıqlarından asılılığı iri şəhərlərdə 80-90, bölgələrdə isə 50-70 faizə çatır.
Onun sözlərinə görə, avadanlıqlar üçün sərf olunan material ehtiyatı bir neçə ay davam edəcək. O , həm də əlavə edir ki, avadanlıqlarda müxtəlif elektronika və sensorları əvəz etmək demək olar ki, mümkünsüz olacaq.
Rüstəm Aidiyev hesab edir ki, Avropa komponentlərinin tədarükçüləri ilə işi davam etdirmək mümkün deyil.
“Az adamlar ikinci dərəcəli sanksiyalardan qorxaraq üçüncü ölkələr vasitəsilə reeksportla məşğul olmağa razılaşacaqlar.
Çörəkçilər və Şirniyyatçılar İttifaqının vitse-prezidenti Yuri Katsnelson hesab edir ki, Rusiya hakimiyyətinin əks-sanksiya kimi leqallaşdırdığı paralel idxal bu vəziyyətdən çıxış yolu ola bilər - söhbət onun icazəsi olmadan məhsulların idxalından gedir. O da hesab edir ki, bu, istehsalçıların məhsulun son qiymətinə daxil edəcəyi xərclərin artmasına səbəb olacaq.