
“Bizansvari metod dəyişməz qalıb”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
Pərakəndə satış şəbəkəsinin serverinə girən hakerlər sistemi iflic edib
İş və təhsil vizalarını arxa qapı kimi istifadə edən ölkələrə məhdudiyyət qoyulacaq
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
Almaniya İsraildən müdafiə sistemi alıb
Böyük Britaniya gimnast Alina Kabayeva, Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya, eləcə də əmisi oğlu İqor Putin, onun övladları da daxil olmaqla Rusiya diktatorunun ən yaxın ailə üzvülərinə sanksiya tətbiq edib. Londonun bu qərarı çox əlamətdar haldır. Çünki, Putini qəzəbləndirməmək üçün ABŞ-ın gimnast Alina Kabayevaya qarşı sanksiya tətbiq etmək istəmədiyi haqqında məlumatlar var. Hətta bir dəfə Co Baydenin gimnast Alina Kabayevaya qarşı sanksiya tətbiq edəcəyi ilə bağlı məlumat yayılsa da, sonradan Kabayevanın adının siyahıdan çıxarıldığı məlum olmuşdu.
“The Wall Street Journal”ın yaydığı bir məlumatda ABŞ Milli Təhlükəsizlik Şurasının Alina Kabayevaya qarşı sanksiyaların tətbiqini qadağan etməsi iddia edilirdi. Sanksiya siyahılarını hazırlayan ABŞ Maliyyə Nazirliyinin rəsmilərindən biri “The Wall Street Journal”ın əməkdaşı ilə söhbətdə ABŞ-ın rəhbər şəxslərinin Putinin Kabayevaya görə “aqressiv” reaksiya verə biləcəyindən ehtiyat etdiyini bildirmişdi.
Olimpiya çempionu gimnast Alina Kabayevanın Rusiya diktatorunun nikahdan kənar üç övladının anası olduğu söylənilir. Kabayeva da daxil olmaqla Putinin ən yaxın ətrafına sanksiya tətbiq edən Britaniya hökuməti heç nədən ehtiyat etmədiyini və heç bir “qırmızı xətt” tanımadığını nümayiş etdirdi.
Alina Kabayevaya qarşı sanksiya tətbiq etməklə yanaşı Boris Conson Rusiyanın daha bir “qırmızı xətt”ini keçib. Belə ki, Rusiya prezidenti Putin NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyanı bu niyyətlərinə görə təhdid edərkən Boris Conson bu iki ölkəyə təhlükəsizlik zəmanəti verdi.
İlk olaraq isveçli həmkarı Maqdalena Andersson ilə qarşılıqlı təhlükəsizlik zəmanəti imzalayan Boris Conson daha sonra Helsinkiyə gedərək Finlandiyanın prezidenti Sauli Niinistö ilə də anoloji saziş imzaladı.
Boris Consonun başçılıq etdiyi Britaniya hökumətinin bu addımları çox böyük siyasi və diplomatik əhəmiyyətə malikdir. Britaniya hökumətinin son qərarları Rusiyaya münasibətdə heç bir “qırmızı xətt”in qalmadığının təsdiqidir.