Ermənilərə cavab ödülləndirildi
Azərbaycanlı səfirə “Türk Dünyasına Xidmət 2012” mükafatı verilib
anspress.com
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni lobbisi Azərbaycan səfirini dinləyir
ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalından danışıldı
-
«Azərbaycan strateji müttəfiqliyi məli işdə də sübut etdi»
Elin Süleymanov məşhur radio proqramının qonağı olub
-
«Münasibətlərimiz hərtərəfli inkişaf edir»
Səfir Elin Süleymanov Azərbaycanın ABŞ-dan aldığı təyyarələr haqda
-
«Ö baxışlarını başqalarına sırımaq ...»
Azərbaycan səfiri Obamanı tənqid etdi, Trampı təriflədi
-
Dəlinin əlinə daş verilib
Azərbaycan səfiri Amerika generallarına «İskəndər» təhlükəsi haqda danışdı
-
Trampı və otelini məhkəməyə verdilər
İşdə Azərbaycan səfirinin də adı keçir
-
«Yenidən başlayaq»
Azərbaycanın ABŞ-dakı səfirindən Tramp administrasiyasına mesaj
-
«Duz-çörək Həsən»in taktikası
«Nahar diplomatiyası»nı davam edir
-
ABŞ-da «İpək yolu» dinləmələri
Dövlət Departamentinin rəsmisi: «Azərbaycan səfirliyi diskussiyaları düz vaxtında təşkil edib»
-
««Soros»un ucbatından ABŞ-a gedə bilmədik»
«Vətəndaş cəmiyyəti kasıbdır»
-
Səfirimiz Vaşinqton meri ilə görüşüb
Elin Süleymanov Bakıda keçiriləcək olimpiadalardan danışıb
-
Səfirdən seçki açıqlaması
“Hər bir namizəd iştirak edə biləcək”
Azərbaycan Respublikası ABŞ-da keçirilən 32-ci Türk Günü Paradında təmsil olunub. Türk gününə həsr olunmuş ziyafətdə “TÜRKSAV” Türk Dünyası Yazıçı və Rəssamlar Fondunun prezidenti Yahya Akengin Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova “Türk Dünyasına Xidmət 2012” mükafatını təqdim edib. Səfir bu mükafata erməni diasporunun əsassız iddialarına verdiyi tutarlı cavaba və türk dünyası lobbiçiliyinə göstərdiyi dəstəyə görə layiq görülüb.
Tədbirdə çıxış edən tanınmış türk yazıçısı və şairi Abdullah Satoğlu Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında söylədiyi “bir millət, iki dövlət” kəlamını prezident İlham Əliyevin “bir millətin iki diasporu olmaz” sözlərini xatırladıb.Səfir E.Süleymanov mükafata görə Türk Dünyası Yazıçı və Rəssamları Fonduna təşəkkür edib, Azərbaycanın “bir millət, iki dövlət” siyasətinə sadiq qaldığını və prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasətin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, güclü Azərbaycan güclü Türkiyə deməkdir.
Səfir ölkələrimiz arasında qardaşlıq və strateji əməkdaşlığın bütün regionun inkişafı baxımından müsbət nəticələr verdiyini söyləyib, eyni zamanda, bütün türk dünyası dövlətləri arasında münasibətlərin daha da dərinləşməsinin vacibliyini qeyd edib
Sonda E.Süleymanov tədbirin təşkilinə görə Türk-Amerikan Assosiasiyaları Federasiyasının başçısı Əli Çinara təşəkkürünü bildirib, iştirakçıları 32-ci Türk Günü Paradı münasibətilə bir daha təbrik edib.
Mərasimdə Türkiyənin Avropa İttifaqı işləri naziri Egemen Bağış, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıç, AŞPA-nın keçmiş sədri Mevlut Çavuşoğlu, Türkiyə Böyük Millət Məclisinin deputatları, Türkiyənin müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri, diaspor nümayəndələri iştirak ediblər.
Tədbir konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, mayın 18-də isə Nyu-York şəhərində Türkiyə və Türk Dünyası ilə bağlı dünyada keçirilən ən böyük və izdihamlı mədəni tədbir hesab olunan 32-ci Türk Günü Paradı keçirilib.
Nyu-Yorkun mərkəzi küçələrində təşkil olunan və minlərlə insanın iştirak etdiyi paradda səfir Elin Süleymanov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva da olublar.
Tədbirin sonunda Nyu-York şəhərinin mərkəzi meydanlarından biri olan Dag Hammarskjöld parkında iştirakçılar üçün konsert təşkil olunub.