vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
21:29 | 9 mart 2014 | Bazar Məqaləyə 1743 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bizimkilər o siyahıda yoxdur

Türkiyə və Rusiyadan yalnız bir universitet İlk 100-lüyə düşə bilib

ABŞ universitetləri dünyanın ən yaxşı ali təhsil ocaqları siyahısında yerlərini inamla qoruyurlar.

Londonda yerləşən «Times Higher Education» dərgisinin hazırladığı universitetlərin 2014-cü ilə dair reytinq cədvəlinə yenə də ABŞ-ın Harvard Universiteti rəhbərlik edir. Cədvəldə ilk 10 yerdən 8-də ABŞ universitetləri dayanır.

Britaniyanın Cambridge və Oxford universitetləri keçən ilki reytinqlərini bir pillə itirərək bu il uyğun olaraq 4-cü və 5-ci sırada qərarlaşırlar. Sonra yenə də ABŞ universitetləri ilk onluğu tamamlayırlar.

Dərgiyə görə Almaniya universitetləri reytinq cədvəlində çox ciddi irəliləyiş əldə ediblər. Builki reytinq cədvəlində 6 Almaniya universiteti də yer alır.

«Times Higher Education» dərgisinin hazırladığı illik «Dünya Universitetləri Reytinq Cədvəli» hazırda ən nüfuzlu sənəd hesab edilir. Reytinq elmi dairələrdə keçirilən sorğu nəticəsində müəyyən edilir. Siyahı əsasən şəxsi fikirlər əsasında müəyyən edilsə də fikir bildirənlər tanınmış alimlər, ekspertlərdir.

Dünyanın 100 ən yaxşı universitetləri arasında Azərbaycandan heç bir ali məktəbin adı yoxdur. Azərbaycanın qonşuları arasında yalnız Rusiyadan bir (Lomonosov adına Moskva Dövlət Universiteti) və Türkiyədən də bir (Yaxın Şərq Texniki Universiteti) ali məktəb var. (qafqazinfo.az)