
Cəsədlər üzərindən keçən parad ...
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib
Rusiyanın ağır itki statistikası 260,700 hərbçiyə qədər artıra bilər
“Ümid edirəm ki, bundan istifadə etməyə ehtiyac qalmayacaq”
Vaşinqton təbii ehtiyatlara çıxışı Avropanın təhlükəsizliyindəki dominantlığı kimi baxır
Putinin dəyişəməyən mövqeyini bəzi respublikaçılar təkrar gördü
Rus dilini bilən Culi Deyvisin SSRİ təcrübəsi var
ABŞ prezidenti “Müharibəyə bir günə son qoyacağam” demişdi
“Dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik”
Rusiya istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır
ABŞ mətbuatı sazişi Ukraynanın qələbəsi adlandırır
“ABŞ azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”
Almaniyanın keçmiş prezidenti tənqid etdi: “Məni narahat edən əqli zəifliyimizdir”
“Rusiya Ukraynadakı məqsədlərindən əl çəkməyəcək”
Ukrayna kəşfiyyatının sifarişi ilə Rusiya hərbi məktəbinə zəhərli tort göndərən şəxsə hökm oxundu
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen mayın 24-də deyib ki, Rusiya enerji təchizatında olduğu kimi, ərzaq təchizatından da silah kimi istifadə edir.
Davosda keçirilən Dünya İqtisadi Forumunda danışan xanım von der Leyen bəyan edib ki, “Rusiyanın şantajına” qarşı ən yaxşı vasitə “qlobal əməkdaşlıq” ola bilər: “Ukraynanın işğal altında olan torpaqlarında Kremlin ordusu taxıl məhsulunu və kənd təsərrüfatı texnikasını müsadirə edir. Rusiya hərbi gəmiləri Qara dənizdə taxıl və günəbaxan tumu ilə dolu Ukrayna yük gəmilərini blokadaya salıblar”.
“Reuters” agentliyinin xəbərində deyilir ki, Avropa İttifaqı Ukrayna taxılının ixracına kömək üçün alternativ logistika marşrutlarının – Ukrayna ilə “həmrəylik kanallarının” açılışına çağırıb.
***
Aİ-nin aqrar siyasəti üzrə rəhbəri Yanuş Voyçexovski bəyan edib ki, bu təşəbbüs Avropa İttifaqı ölkələrinin kənd təsərrüfatı nazirləri tərəfindən tam dəstəklənib:
“Qonşu ölkələr əllərindən gələni edirlər və mən onlara təşəkkürümü bildirirəm”.
O əlavə edib ki, Ukrayna ilə qonşu Aİ ölkələri taxılın ixracı üzərində işləyirlər, lakin bu prosesə dəmir yollarında yaranmış problemlər mane olur.
“Reuters” yazır ki, Rusiyanın Ukraynaya hücumu onsuz da taxılın, bitki yağlarının, gübrə və enerjinin qiymətlərini kəskin artırmışdı.
Kreml bundan əvvəl, mayın 23-də qlobal ərzaq böhranına görə Rusiyanın üzərinə ağır sanksiyalar qoymuş Qərbi ittiham etmişdi.
Avropa Komissiyası bildirib ki, Avropanın öz ərzaq bazarı müharibədən təsirlənməyəcək, amma bununla belə Ukraynadan qarğıdalı, buğda, yağ və raps ixracının azalması heyvandarlıq məhsullarının qiymətini qaldıracaq.
***
Bu arada Britaniya bildirib ki, Ukrayna taxılını daşıyan gəmilərin blokadadan çıxarılması üçün Qara dənizə Britaniya Hərbi Donanmasının gəmiləri göndərilə bilər.
“The Independent” yazır ki, Britaniya hazırda Ukrayna portlarının Rusiya tərəfindən blokadasının yarılması məqsədilə Litva ilə “niyyət alyansı” qurmağı müzakirə edir.
Qəzet yazır ki, bu təşəbbüsə Ukrayna taxılından asılı olan başqa ölkələr, məsələn Misir də qoşula bilər.
Məqalədə deyilir ki, əgər bu təşəbbüs baş tutarsa, əvvəlcə Ukrayna sahillərini dəniz minalarından təmizləmək lazım gələcək.
Xəbər verilir ki, milyonlarla ton Ukrayna taxılı hazırda ölkə anbarlarında yığılıb qalıb.
***
Litva xarici işlər naziri Qabrielus Landsbergis bu həftə Londonda britaniyalı həmkarı Liz Trassla görüşündə deyib: “Odessanın Rusiya tərəfindən blokadası qaldırıla bilər və qaldırılmalıdır. Ukraynanın dünyanı yedizdirməsinə imkan verilməlidir”.
Britaniyanın başqa rəsmiləri də bildirirlər ki, Ukrayna taxılının idxalı üçün alternativlər var və onlardan istifadə olunmalıdır.
Ötən həftə BMT Ərzaq Proqramının rəhbəri Deyvid Bizli Rusiya prezidenti Vladimir Putini “dünyanın yoxsul ölkələrində aclıq yaranmaması üçün” dəniz blokadasını qaldırmağa çağırmışdı.
Lakin Moskva bunun müqabilində onun üzərinə qoyulmuş sanksiyalara yenidən baxılmasını tələb edir.
Bəzi medialar işğalçı Rusiya ordusunun Ukrayna taxılını oğurlayıb satmağa çalışdığını yazır.