vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
DÜNYA  
17:41 | 25 may 2022 | Çərşənbə Məqaləyə 922 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rusiyanın işğalı “qlobal problemdir””

Bayden: “Bu, bizim üzərimizə götürdüyümüz öhdəlikdir”

MÖVZU İLƏ ƏLAQƏLİ

Avstraliya, Hindistan, Yaponiya və ABŞ liderləri azad və açıq Hind-Sakit Okean regionunun təşviqi, iqlim dəyişikliyi ilə mübarizə və COVİD-19 pandemiyasına cavab tədbirlərində əməkdaşlıq etmək vədləri ilə çərşənbə axşamı Tokioda toplaşıb.

“Quad” kimi tanınan qeyri-rəsmi alyansın sammitinin əvvəlində çıxış edən ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsinin sadəcə Avropa məsələsi deyil, qlobal məsələ olduğunu deyib. O əlavə edib ki, “ərazi bütövlüyü və suverenliyi, beynəlxalq hüquq, insan hüquqları prinsipləri harada pozulmasından asılı olmayaraq, həmişə müdafiə olunmalıdır”.

Yaponiyanın Baş naziri Fumio Kişida da açılış nitqində münaqişəyə toxunaraq deyib ki, “biz Hind-Sakit okean regionunda eyni şeyin baş verməsinə icazə verə bilmərik”.

Dördlüyün digər üzvləri Rusiyanın Ukraynaya təcavüzünü pisləsələr və sanksiyalar tətbiq etsələr də, Hindistan bunu etməyib. Hindistanın baş naziri Narendra Modi açılış nitqində münaqişədən bəhs etməyib.

Avstraliyanın yeni seçilmiş Baş naziri Antoni Albanez iqlim dəyişikliyinin həlli zərurətini vurğulayaraq, hökumətinin iddialı addımlar atacağını bildirib.

“Biz iqlim dəyişikliyinin Sakit okeandakı ada ölkələrinin əsas iqtisadi və təhlükəsizlik problemi olduğunu nəzərə alaraq hərəkət edəcəyik”, – deyə o əlavə edib.

Sammit liderlərin bir ildən az müddətdə ikinci təkbətək görüşüdür.

Bayden Cənubi Koreyaya səfər etdikdən sonra prezident kimi Asiyaya ilk səfəri çərçivəsində Yaponiyadadır. Bazar ertəsi Bayden Hindistan, Yaponiya və Cənubi Koreya da daxil olmaqla, 13 ölkənin imza atdığı yeni Asiya-Sakit Okean ticarət təşəbbüsünü elan edib.

Bayden administrasiyası bildirir ki, Hind-Sakit Okean İqtisadi Çərçivəsinin işə salınması ABŞ-ın Asiyada iqtisadi iştirakını, o cümlədən tədarük zənciri, təmiz enerji və işçilərin müdafiəsi kimi məsələlərdə daha çox əməkdaşlığı nümayiş etdirmək məqsədi daşıyır.

Bazar ertəsi Prezident Co Bayden Birləşmiş Ştatların Çinin Tayvanı işğal etdiyi təqdirdə Tayvanı müdafiə etmək üçün müdaxiləyə hazır ola biləcəyini bildirib. Baydenin son şərhi ABŞ-ın məsələ ilə bağlı uzun müddətdir davam edən “strateji qeyri-müəyyənlik” siyasətini şübhə altına alır.

Tokioda keçirilən mətbuat konfransında Baydenə ABŞ-ın Rusiyanın Ukraynaya təcavüzündən sonra Vaşinqtonun müdaxilə etmədiyini nəzərə alaraq, “Tayvanı müdafiə etmək üçün hərbi müdaxiləyə” hazır olub-olmadığı haqda sual verilib.

“Bəli. Bu, bizim üzərimizə götürdüyümüz öhdəlikdir”, – deyə Bayden ABŞ-ın Tayvanı bu ehtimali müdafiəsinin nəticələrinin nə olacağını dəqiqləşdirmədən bildirib.

Bu, Baydenin digər ABŞ prezidentlərinin Çinin Tayvana mümkün işğalı ilə əlaqədar uzun müddətdir istifadə etdiyi “strateji qeyri-müəyyənlik” kimi yanaşmasından uzaqlaşdığını göstərən son addımdır.

Çinin Xarici İşlər Nazirliyi buna dərhal cavab verərək, Pekinin suverenliyi ilə bağlı məsələlərdə güzəştə yol verilmədiyini bildirib.

Bayden oktyabr ayında buna oxşar açıqlamalar verib. Ağ Ev rəsmiləri hər iki halda Baydenin şərhlərini tez bir zamanda aydınlaşdırmağa çalışıb.

“Prezidentin dediyi kimi, bizim siyasətimiz dəyişməyib. O bizim vahid Çin siyasətimizi və Tayvan boğazında sülh və sabitliyə sadiqliyimizi bir daha təkrarlayıb”, – Ağ Ev rəsmisi bazar ertəsi bildirib.

Bununla belə, ABŞ rəsmisi Baydenin Tayvanı müdafiə etməsinə dair şərhlərindən geri çəkilməyib.

Təkpartiyalı avtoritar dövlət olan Çin demokratik Tayvanı separatçı əyalət kimi görür və lazım gələrsə, onu zorla geri alacağına çoxdan söz verib. Pekin, həmçinin son illərdə adanın yaxınlığında çox sayda hərbi təyyarələrin uçuşlarını keçirib.