Yunan qazı kimə qismət oldu
ARDNŞ və “Qazprom”un almaq istədiyi DEPA qaz şirkəti ilə bağlı tenderin nəticələri müəyyənləşdi
FƏRHAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qaz alıcıları həmişə var”
Türkiyədə qaz qovşağı real layihə sayılır
-
Rusiya böyük bazarı itirib
Qaz infrastrukturuna qoyulacaq yatırımlar geri qayıtmayacaq
-
“Görünməmiş vəziyyətlə üzləşmişik”
Rusiya Almaniyaya qaz tədarükünü müvəqqəti dayandırır
-
Baltikyanı ölkələr Qazpromdan imtina edib
“G7” Rusiya yanacağından asılılığını azaltmaq istəyən ölkələri dəstəkləyəcək
-
“Putinin qaz şantajı da blefdir”
Rublla ticarət tələbi Rusiyanı partnyor kimi etibardan salan addım idi
-
Rusiya qazını rublla satarsa...
“Gazprom”a kontraktlara yenidən baxmaq göstərişi verilib
-
700 neftçi təxliyə edilib
SOCAR: “İşlər dayandırılıb və məhdudlaşdırılıb”
-
SOCAR Neft Fondunu necə “sökür”?
-
SOCAR zavod alır?
“Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır”
-
SOCAR-da korrupsiya qalmaqalı
İsgəndər Şirəliyev tresti ailə şirkətinə çevirib
-
Rusiya «Şimal Liqası» və «5 Ulduz»un qara gözünə aşiq olub?
Kreml İtaliyada Azərbaycan qaz borusunun düşmənlərini necə dəstəkləyir...?
-
«İnşaat başa çatır, ...»
«... gələn il istehsala başlayırıq»
-
Qazprom sanksiyalara qarşı işləri sürətləndirir
Rusiya təcili olaraq «Türk axını»na paralel ikinci xətt də çəkilir
-
«Azəriqaz»da şok faktlar aşkarlandı
İldə 700 milyon kubmetr itki, korrupsiya, daha nələr...
-
«Hədəfdə «Şimal axını-2» layihəsidir»
«Tramp administrasiyası «Qazprom»a zərbə hazırlayır»
-
«Qazprom»un sakit həyatı başa çatır
Yeni ABŞ administrasiyası Rusiya monopolistini Avropa bazarından sıxışdırıb çıxarmaq kursunu davam etdirir
Yunanıstanın qaz şirkəti DEPA-nı almaq üçün Azərbaycanla Rusiya arasında Afinada uzun müddətdir davam edən mübarizə yekunlaşıb. İyunun 10-da Yunanıstanın Özəlləşdirmə Fondu DEPA şirkətinin satışına dair tenderin nəticələrini müəyyənləşdirib. Lakin nəticələrin iyunun 13-də açıqlanacağı bildirilir. Bu barədə İTAR-TASS agentliyinə Yunanıstan hökumətindəki mənbə bildirib.
Qeyd edək ki, Yunanıstan hökuməti DEPA şirkəti ilə yanaşı ölkənin qaz kəmərləri şəbəkəsini idarə edən DESFA şirkətini də özəlləşdirməyə çıxarıb. Hər iki şirkətə Rusiyadan “Qazprom” və “Sintez” şirkətləri, eyni zamanda ARDNŞ iddia edir. “Qazprom” DEPA üçün ən yüksək məbləğ-1.9 milyard dollar təklif edib və şirkəti almaq üçün bütün mümkün səyləri göstərib.
Tenderi kimin udduğu hələ açıqlanmasa da, Yunanıstanda hesab edirlər ki, qalib “Qazprom”dur. Çünki “Qazprom” digər iddiaçılardan xeyli yüksək məbləğ təklif edib. Lakin tenderin nəticələrini Avropa Komissiyası təsdiqləməlidir. Avropa Komissiyasının qərarı ilin sonunadək veriləcək. İTAR-TASS qeyd edir ki, DEPA və DESFA şirkətləri ilə bağlı Yunanıstanla Rusiya arasında uzun müddət məxfi danışıqlar gedib. Tərəflər mümkün sövdələşmə ilə bağlı bəyanatlar verməyiblər. Lakin KİV-lər xəbər verir ki, hər iki tərəf kompromislərə gedib. Bu ilin aprel-may aylarında “Qazprom” rəhbəri Aleksey Miller dəfələrlə DEPA ilə bağlı danışıqlar aparmaq üçün Afinada səfərdə olub. Danışıqlar nəticəsində “Qazprom” razılaşma əldə edib ki, əgər Avropa Komissiyası tenderin nəticələrini təsdiqləməsə, Yunanıstan tərəfi tenderə qoyulan depoziti geri qaytaracaq.
ARDNŞ-in yunan şirkətinə nə qədər məbləğ təklif etdiyi məlum deyil. Lakin ARDNŞ bu mübarizədə geosiyasi amillərin onun xeyrinə olmasından faydalanmağa çalışıb. Belə ki, Yunanıstanın qaz kəmərləri sisteminə nəzarət bu ölkə üzərindən Azərbaycan qazını Avropaya nəql edəcək Transadriatik Qaz Kəməri (TAP) layihəsi üçün həlledici əhəmiyyət kəsb edir. ARDNŞ çalışırdı ki, Yunanıstan qaz kəmərlərinə nəzarəti ələ alaraq Avropanın cənubunun qazla təchizatında Rusiyanın “Qazprom” şirkətinin mövqelərini zəiflətsin. Avropa İttifaqı da bunda maraqlıdır. Həmçinin ABŞ Yunanıstan hökumətinə təzyiq edib ki, DEPA şirkətini “Qazprom”a yox, ARDNŞ-ə satsın. Məsələ ilə bağlı danışıqlar aparmaq üçün Yunanıstanın baş naziri Antonis Samaras və xarici işlər naziri Dmitrios Avramapoulos bu yaxınlarda Bakıda səfərdə olublar.
ARDNŞ əsasən, DESFA şirkətini almağa çalışır, lakin Rusiyanın “Sintez” qrupuna daxil olan “Nequsneft” şirkəti DESFA üçün daha yüksək məbləğ təklif edir. Afinada hesab edirlər ki, Azərbaycanın Xəzərdəki “Şahdəniz II” yatağından hasil olunacaq qazın Avropaya “Nabucco Qərb”, yoxsa TAP kəməri ilə nəql olunması DESFA-nı kimin alacağından asılıdır. “Şahdəniz” yatağı üzrə konsorsium qazın bu iki marşrutdan hansı ilə nəql olunacağına dair qərarını bu ay verməlidir. Ehtimal ki, konsorsium məhz Afinadakı tenderin nəticələrini gözləyir. Rusiya Avropanın qaz bazarındakı inhisarçı mövqelərini saxlamaqda qərarlıdır və “Nabucco”ya alternativ olaraq “Cənub axını” layihəsini reallaşdırmağa çalışır. Azərbaycan Avropaya ildə 10 milyard kubmetr qaz verə bilər və bu qitənin qaza olan tələbatının cəmi 2 faizidir. Bununla belə, Rusiya Avropa bazarında özünə yeni rəqib istəmir və Yunanıstan şirkətini almaq üçün bütün səyləri göstərir.
Yunan mətbuatı yazır ki, Afina DEPA şirkətini “Qazprom”a verməyə hazır idi. Lakin DESFA şirkətinə gəldikdə məsələ başqadır. Yunan tərəfi şirkəti ARDNŞ-ə sataraq gələcəkdə TAP kəməri ilə nəql olunacaq Azərbaycan qazından güzəşt qoparmağa çalışır. Ona görə də Yunanıstanın qaz şirkətləri uğrunda mübarizə siyasidir və Afina iki od arasında qalıb. Belə vəziyyətdə kompromis variant kimi DEPA “Qazprom”a, DESFA isə ARDNŞ-ə satıla bilər. Yunan mediasına görə, bu addım həm ölkənin milli maraqlarına, həm Avropanın enerji təhlükəsizliyinə uyğundur.