
İstanbul masası niyə yenidən qurulur?
Görüşü Türkiyədə olmasını istəyən Rusiya bununla Çinin böyüməsini buxovlamağı düçünür
Görüşü Türkiyədə olmasını istəyən Rusiya bununla Çinin böyüməsini buxovlamağı düçünür
Putinin danışıqları Türkiyədə keçirilməsi təklifinə Zelenskidən “hə” cavabı
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Təbəssümləri də saxtadır
Berlində körpələrə ən çox qoyulan adlar açıqlanıb
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
AfD lideri Veydelin sözləri gizli hesabatda
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Rusiya illik təmir işləri ilə əlaqədar iyulun 11-dən “Şimal axını-1” kəmərilə Almaniyaya təbii qaz tədarükünü 10 gün müddətinə dayandırdığını bildirib. Ancaq Almaniyada bəziləri Kremlin Berlini Ukraynaya dəstəyə görə cəzalandırmaq üçün bu fasiləni uzatmağa səbəb tapacağını, yaxud bunu yaradacağından ehtiyatlanır. Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan Berlin Kiyevə dəstək göstərib.
Kanada hökuməti isə iyulun 10-da bəyan edib ki, “Şimal axını-1” qaz kəmərinin təmir olunmuş turbinini Almaniyaya qaytaracaq.
Turbin əvvəlcə Almaniyaya göndəriləcək, daha sonra kəmərin operatoru “Gazprom”a transfer olunacaq. Beləliklə də Kanada Qərbin Rusiyaya sanksiyalarını pozmayacaq.
“Gazprom” ötən ay “Şimal axını-1” kəmərinin gücünü normal səviyyənin 40 faizinə qədər azaldıb, Almaniyanın “Siemens Energy” şirkətinin Kanadada təmir etdiyi avadanlığın qaytarılmasında yubanmanı buna səbəb göstərib.
Moskva iyulun 8-də deyirdi ki, turbin qaytarılsa Avropaya qaz tədarükü artırılacaq.
***
“Şimal axını-1 üzərində iş çoxdan planlaşdırılırdı. Ancaq qərbdə bəziləri xəbərdarlıq edirlər ki, Rusiya Prezidenti Vladimir Putin enerji təchizatından siyasi silah kimi istifadə edə bilər.
“Putin qaz kranını bağlayacaq… ancaq onu yenidən açacaqmı?” – Almaniyanın “Bild” qəzeti vebsaytında yazır.
“Görünməmiş vəziyyətlə üzləşmişik – hər şey mümkündür”, – Almaniyanın vitse-kansleri Robert Habek “Deutschlandfunk” radiosuna deyib.
“Qaz yenidən, əvvəlkindən də çox axa bilər. Heç nə gəlməyə də bilər. Ən pis ssenariyə vicdanla hazırlaşmalı, vəziyyəti idarə etmək üçün mümkün olanı etməliyik”, – o vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın nefti və qazından siyasi təzyiq kimi istifadə etmədiyini deyib, kəsilməni mütəmadi, planlaşdırılmış tədbir adlandırıb.
“Şimal axını-1” Baltik dənizinin dibiylə Rusiyadan Almaniyaya ilə 55 milyard kubmetr qaz nəql edir.
***
Moskva bir sıra Avropa ölkələrinə qaz tədarükünü kəsib, çünki onlar qaz üçün rublla ödənişdən imtina ediblər.
Almaniya Rusiyadan enerji idxalından çox asılıdır, Rusiyadan qaz axını uzun müddətə kəsilərsə, iqtisadiyyatının resessiyaya girəcəyi haqda xəbərdarlıq edib.
Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan Almaniya Rusiya qazından asılılığı azaltmağa çalışıb, mayeləşdirilmiş təbii qaz limanlarının tikilməsi də bir variantdır.
Kəmər uzun müddətə açılmasa, Rusiya iqtisadiyyatı da onun ağrısını hiss edəcək.
Almaniya Rusiyanın Ukraynaya hücumuna görə cəza olaraq “Şimal axını-2” qaz layihəsini dayandırıb. Yarısı “Gazprom”a məxsus bu layihə çərçivəsində Rusiya qazının Almaniyaya ixracını ikiqat artırmaq planlaşdırılırdı.