
ABŞ nazirinin təyyarəsində qəzalı vəziyyət
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Avropada yaşayan türklərin mövsümü rekordu
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Qərb və yəhudi bankirlər, yoxsa ...
Türkiyənin Finlandiya və İsveçə “yaşıl işıq” yandırması Rusiya ilə münasibətlər fonunda xüsusilə diqqət çəkir və belə görünür ki, Ankara Moskvanı “satdı”. Hərçənd, Lavrovun Ankara səfəri və Rusiya-Türkiyə xəttində baş verənlər fonunda suallar yaranır.
Ankarada iki ana maddə - Suriya əməliyyatının Moskva ilə razılaşdırılması və Ukrayna müharibəsində Ankaranın neytrallığı və vasitəçiliyi – ilə yanaşı, iki əlavə məsələ də var idi:
1. Finlandiya-İsveçin NATO üzvlüyü: Türkiyənin şərtləri vardı, lakin prosesin uzanması ruslara da sərf edirdi;
2. Cənubi Qafqazda Ankara-Moskva ikilisinin yenidən birgə fəaliyyəti, Aİ üzərindən Qərbin vasitəçiliyinin arxa plana keçməsi.
Lavrovun Ankara-İrəvan-Tehran-Bakı xətti üzrə səfər turnesi, ardınca verilən açıqlamalar Moskva-Ankara ikilisinin Cənubi Qafqazda birgə fəaliyyət üzərindən razılığa gəldiyi, yaxud ən azı bu perspektivin önə çıxdığı ehtimalını artırır. Brüssel masasında Zəngəzur dəhlizinin “yol məntiqi” ilə açılmasına şifahi razılaşan Əliyevin yenidən “dəhliz məntiqi”ni önə sürməsi də bu fikri gücləndirir.
O zaman sual yaranır: Cənubi Qafqazda ruslarla anlaşan Ankara Finlandiya-İsveç məsələsində amerikalılarla niyə anlaşdı?!
Burada mümkün ehtimal belə görünür: Cənubi Qafqaz və Finlandiya-İsveç məsələsi “barter” edilir. ABŞ Cənubi Qafqazı rusların “təsir zonası” olaraq tanıyır, Rusiya NATO-nun genişlənməsinə razılaşır (Putinin bu iki ölkənin NATO-ya üzvlüyünün Rusiya üçün ciddi risklər daşımadığı haqda bəyanatı da baş verənlər fonunda yada düşür).
– Türkiyə Suriyada planlaşdırdığı əməliyyatını Rusiya ilə yanaşı, ABŞ-la da razılaşdırır;
– Cənubi Qafqazda yenidən əsas tərəfə çevrilir və bu, Bakı-Ankara ikilisinin bölgə üzərindəki planlarının icrası imkanlarının yolunu aça bilər;
ABŞ və Rusiyanın Türkiyə üzərindən “ortaq məxrəc”ə gəlməsi yaxın perspektiv üçün mümkün görünən ehtimaldır və bu, hələ Ukrayna müharibəsindən öncə başlanan “böyük qarşıdurma”da təsir zonalarının bölüşdürülməsi planının bir hissəsi də ola bilər.