Hansı jurnalistimiz Fətullah Gülənlə məktublaşır?
Xəbərin qıt vaxtında...
Günay ARDA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nazarbayev Ərdoğana «YOX!» dedi
«Bu mənim son sözümdür və müzakirə oluna bilməz»
-
Gürcüstanda FETÖ şübhələri
Tiflisdə Dəmirəl adına məktəbi bağladılar
-
051 660 00 38 kimə məxsus olub?
General hərbi qiyam ərəfəsində Azərbayanda kimə zəng vurduğunu açıqladı
-
««Erməni dövləti» qurulacaqdı»
Çevriliş baş tutsaydı Türkiyəni parçalayacaqdılar
-
Gülənin varidatı dövlət büdcəsinə verildi
14 milyarda 10 ədəd Avrasiya tuneli tikmək olar
-
«Qərb liderləri seçim etməlidir»
Ərdoğan: «Ya terrorçularla əlbir olmaq, ya da türk xalqının inamını qazanmaq»
-
Türkiyədə növbəti həbslər
Nazirlər Kabinetinin 40-dan çox əməkdaşı saxlanıldı
-
Daha bir FETÖ-çu tutuldu
Həbs olunan şəxs «Fətullahçı terror örgütü»nün Azərbaycan üzrə məsul şəxsidir
-
«Bu, bədbəxt nikaha bənzəyir»
«Türkiyə ilə Birləşmiş Ştatlar çox xoşbəxt olmasa da, uzun zaman bir yerdə qalacaq»
-
Milyon dollarlıq proses
Fətullah Gülən 100 ildən çox yaşamaq üçün illərdir bunu edirmiş
-
051 660 .. .. nömrəli «Azərcell» abunəçisi
Generalın hərbi qiyam ərəfəsində Azərbaycanda hansı abonentə zəng vurduğu üzə çıxdı
-
Tillersonun uğursuz Türkiyə səfəri
Dövlət katibinin Ankara ziyarəti iki ölkə arasındakı gərginliyi azalda bilməyib
-
«1 nömrəli fiqur»un Bakıya zəngləri
Ordu generalı Öztürk hərbi çevriliş cəhdindən əvvəl Azərbaycanda kimlərlə danışıb...
-
450 min dollar nə üçün idi?
Flinn ətrafında yeni həngamə: AKP hökuməti, türk biznesmen, «Fətullah Gülən pazı»
-
«FETÖ mənsubu» diplomat Bakıdan qaçıb
General Mehmet Dişlinin səfirlikdə işləyən ikinci katib oğlu Türkiyəyə qayıtmayıb...
-
Türkiyənin Trampdan gözlədiyi 5 addım
«USA Today» qəzeti: «ABŞ Ankara üçün nə etməlidir?»
Nurçuluq hərəkatı, yerli nurçularımızla bağlı xəbərlər çoxaldıqca dezinformasiya ustadı media nümayəndələrimizə də, necə deyərlər, gün doğdu.
Tanınmışlardan, siyasilərdən kimin Fətullah Gülən tərəfindən maliyyələşdirildiyini dəqiq deyə bilməsək də, Fətullah Gülənlə «məktublaşmağa» pis adət etmiş media nümayəndələrimizin olduğunu dəqiq deyə bilərik.
Belə ki, bir müddət əvvəl «İnci Azeri» adlı profilin yazdıqlarına istinadən xəbər verməyin uğursuz olduğunu görən media mənsubları fantaziya məhsulu olan məktublar yazmağa başlayıb. Belə məktublardan biri Qafqaz Universitetinin rektoru Ahmet Saniçin adından Fətullah Gülənə yazılmışdı. Maraqlısı budur ki, həmin məktubu yazan adam o qədər primitiv səhvlər etmişdi ki, yazanın nəinki Ahmet Saniç olmadığı, hətta Türk dilinin qrammatikasını bilmədiyi də rahat anlaşılırdı.
Digər məktub isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun adından yazılmışdı. Məktubu yazan və göndərən unutmuşdu ki, «mail.ru» adlı elektron ünvanından çoxdandır ki, heç kim istifadə etmir. Elektron məktub Elnur Aslanovun adından «mail.ru» ünvanından, qeyri-müəyyən dildə Fətullah Gülənə göndərilmişdi.
Növbəti məktub isə Əhməd Səlim Uzunhancı adlı şəxs tərəfindən Fətullah Gülənə göndərilib. Məktubda Uzunhancı Azərbaycanda müxalifətin zəifləməsindən, AXCP sədri Əli Kərimlinin yerinə namizəd tapmasından «yazır».
Politoloq Fərhad Mehdiyev haqqında «dəhşətli faktlar «isə Əjdər Əliyev adlı elektron ünvanla xəbər portallarının ünvanlarına göndərilir. Əjdər Əliyevin kimliyi isə hələ ki, məlum deyil. Maraqlıdır, bütün bunlar kimə lazımdır? Media nümayəndəsi niyə öz-özü ilə məktublaşmalıdır? Buna iki səbəb ola bilər:
1. Hansısa blefi, konkret ünvanlı xəbərdarlığı üzərinə məsuliyyət almadan mediada yayımlamaq.
2. Xəbərin qıt vaxtında, yanğından, intihardan bezən oxucuya xəbər istehsal etmək.