051 660 00 38 kimə məxsus olub?
General hərbi qiyam ərəfəsində Azərbayanda kimə zəng vurduğunu açıqladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Türkiyədə ötən il iyulun 15-də baş vermiş uğursuz hərbi çevriliş cəhdinə başçılıq etməkdə təqsirləndirilən hava qüvvələri generalı Akın Öztürk həmin hadisələr ərəfəsində Azərbaycana etdiyi telefon zənglərinin məqsədini məhkəmədə açıqlayıb. Virtualaz.org xəbər verir ki, general həmin vaxt Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanına zəng vurduğunu bildirib.
General Akın Öztürk 15 iyul hadisələri zamanı Yüksək Hərbi Şuranın üzvü olub. Qiyamçıların tərəfində olan F-16 təyyarələri generalın kürəkəni, polkovnik Hakan Karakuşun komandanı olduğu Akıncı hərbi hava bazasından qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı. Akın Öztürkün adı isə hərbi çevrilişin uğurla başa çatacağı təqdirdə ölkədə müvəqqəti hakimiyyət rolunu oynayacaq «Yurdda Sülh Şurası»nın üzvlərinin siyahısında yer almışdı. İstintaq materiallarına əsasən general hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.
Bu barədə 2017-ci ilin aprelində Türkiyə mediasında yazılmışdı və Akın Öztürkün Azərbaycanda hansı mobil telefon nömrəsinə zəng vurduğu da açıqlanmışdı. Lakin virtualaz.org yoxlamışdı ki, həmin telefon nömrəsi (051 660 00 38) hazırda bağlıdır, istifadə olunmur. Türkiyə mətbuatının yazdığına görə Öztürkün bu nömrəyə iki dəfə zəng vurduğu müəyyən olunub.
Hazırda Akın Öztürk də daxil olmaqla qiyama cəhd edən hərbçilərin bir qrupunun məhkəməsi gedir. Onlar FETÖ (Fətullahçı Terror Təşkilatı) üzvləri olmaqda və çoxsaylı dövləti cinayətlərdə ittiham olunurlar.
Məhkəmədə Akın Öztürk ifadə verərək 15 iyul hadisələri ərəfəsində xarici ölkələrə etdiyi telefon zənglərinə izahat verib. Öztürk deyib ki, Azərbaycanda həmin iki zəngi Hərbi Hava Qüvvələrinin komandanına etmişdi. Generalın bildirdiyinə görə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanına etdiyi zənglərdən birində məqsəd onu «bayram münasibətilə təbrik etmək», ikincisi isə Qarabağda, təmas xəttində atışmalar zamanı Azərbaycan ordusunun şəhidlər verməsinə görə başsağlığı vermək idi.