vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
22:43 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 2716 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcüstanda FETÖ şübhələri

Tiflisdə Dəmirəl adına məktəbi bağladılar

G.ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın Təhsil Nazirliyi Dəmirəlin adını daşıyan kollecin lisenziyasını uzatmaqdan imtina edib. Buna səbəb isə kollecin Fətullah Gülənin təşkilatı (FETÖ) ilə əlaqələrinin olmasıdır.

Virtualaz.org xəbər verir ki, bu barədə «Anadolu»ya Təhsilin keyfiyyətinin artırılması mərkəzindən məlumat verilib.

Lisenziya beş illik müddətə ləğv edilib. Təhsil Nazirliyi lisenziyanın ləğvi qərarını kollecin standartlarının ölkə təhsil sistemiylə uyuşmaması ilə izah edib. Qərar on iş günü ərzində qüvvəyə minəcək və bundan sonra kollec bağlanacaq.

Eyni zamanda kollec rəhbərliyi Təhsil Nazirliyinin qərarından məhkəməyə şikayət edə bilər.

Qeyd edək ki, Gürcüstanda Fətullah Gülənin tərəfdarlarının məktəbləri 1993-cü ildən fəaliyyət göstərir. Əvvəlcə onlar «Çağ Təhsil müəssisəsi» adı ilə fəaliyyət göstəriblər, daha sonra isə ad dəyişdirilib və «Dəmirəl adına kollec»i ilə əvəz olunub.