Cəmiyyət dinin təzahürlərini ələ salır
Gənclərin davranışlarında köklü dəyişikliyin əlamətləri göz qabağındadır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
-
“Zərbə məhdud olacaq”
Pentaqon İranı vurmağa hazırlaşır?
-
“İran bizi axtaracaq”
Tramp: “Çox kədərli bir vəziyyətdir”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
-
“Qonşularımızın yanındaydıq”
İran Türkiyənin müdafiəsinə qalxdı
-
“Hər şey razılaşdırlıb”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
-
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”
Nazarbayevdən müjdə
-
“ABŞ-a etibar etməyin”
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
-
Netanyahudan dünyaya çağırış
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
-
Yeni müharibə hədəsi ...
... Bölgədə böyük fəlakətə yol açacaq
-
Nüvə silahı müəmması
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
İranın dini şəhəri Qum şəhərində yaşayan Hüccətül-İslam Zəkayi adlı ilahiyyət professoru İrandakı hazırkı vəziyyəti təsvir edən yazı yazıb. Yazıda fars-molla rejiminin sonu, siyasi İslamın süquta uğraması bütün çılpaqlığı ilə təsvir edilib. Həmin yazının türk dilinə tərcüməsini oxuculara təqdim edirik.
“Son zamanlar sosial məkanda insanların ruhanilərin ölümünə sevindikləri müşahidə edilir. İnsan ölümü ilə bağlı bu milli şadlığın səbəbi nədir? Dünyanın harasında bir ölkənin xalqı insan ölümünə bu qədər vəcdə gəlir? Bir insanın ölümü şadlıq gətirə bilərmi?
Diqqətli olsaq, görərik ki, insanların şadlığı insan ölümü ilə bağlı deyil.
Onların bir fikrin və radikal düşüncənin ölümünə sevinci, o düşüncənin simvolunun ölümünə sevinc şəklində özünü göstərir. Bu isə həmin inancın gələcəyi üçün çox təhlükəlidir.
Çox da uzaq olmayan gələcəkdə, 40 yaşları və ondan aşağıların əvvəlki nəsillərin həyatlarını tərk edəcəkləri zaman biz gənc nəsillər arasında din deyilən bir şey görməyəcəyik və bugünkü insanların bir din xadiminin ölümünə sevinməsi insanların siyasi ideologiyaya dərin və ürəkdən qarşı çıxmasının ilk əlamətdir.
İnsanlar öz yoxsulluq və səfalətlərinin səbəbini bu ideologiyada görür və hansısa bir ruhaninin ölümü ilə öz xoşbəxtliklərini bildirirlər.
Görünən odur ki, ölkədə siyasət dinə xeyli ziyan vurub. Hər birimiz insanlar arasında dini inanclardan uzaqlığın fərqinə varmışıq.
Dini və məzhəbi daha artıq zərərdən xilas etməyin yeganə yolu din xadimlərinin dövlət və siyasi vəzifələrdən uzaqlaşdırılması və cəmiyyətin dini problemlərinin həlli ilə bağlıdır ki, əlbəttə bu, artıq çox gecdir və 50-90 yaşlı nəsillər əsasən dinsiz və etiqadsızdırlar.
Problemi gizlətmək zərəri azalda bilməz.
Televiziyamızda ancaq dindar cəmiyyət göstərilir, amma toplumun alt təbəqəsində hamımız bilirik ki, xalq arasında din deyə bir şey yoxdur artıq.
43 ildə inanclarımızı artıra bilmədik, heç onu qoruya da bilmədik.
Bu gün on milyardlıq büdcələrlə onlarla dini qurum və teoloji sahələr əslində sıfır və ya hətta mənfi nəticəyə malikdir.
Siyasi İslamdan əl çəkməyin yollarını düşünməli və insanların düzgün islami tərbiyəsində yenidən addımlar atmalıyıq.
İslam dini heç vaxt bizim təbliğ etdiyimiz şey deyil.
Biz yeni nəslin tərbiyəsindən daha çox xarici görünüşə, reklama üstünlük vermişik.
Ailələrimizə nəzər salsaq görərik ki, uzun illər təhsil almış bir neçə qoca və qadından başqa İslam Respublikasının savadlı adamlarından heç biri namaz belə qılmır və dinin bütün təzahürlərini ələ salır.
İndi hakimiyyət təmsilçiləri televiziyada gənclərin dindar olmasında israr edirlər.
Gələcək göstərir ki, İran ən dinsiz və sekulyar bir müsəlman ölkəsinə çevriləcək və dindən boş şüardan başqa və içi boş qabıqdan başqa heç bir şey qalmayacaq. Və hökumət sistemini dəyişdirəcək bir şey olarsa, o zaman bu boş qabıq da əziləcək və İran dindən qopan xalqın laik ölkəsinə çevriləcək.
Gənclərin davranışlarında və zehinlərindəki bu köklü dəyişikliyin əlamətləri göz qabağındadır. Xalqın Novruzu qəbul etməsi və bunu canla başla qeyd etməsi insanların fikirlərindəki bu əsaslı dəyişikliyin təsirlərindən biridir.
İslamı qorumaq üçün hər il milyardlarla tümən alan ülamaları Allah bağışlamayacaq.
Biz də bağışlamayacağıq.
Bu vəsaitlər yoxsulluğun aradan qaldırılması üçün istifadə edilsəydi, indiyə qədər gördüyümüzdən daha dəyərli olardı.
Biz müsəlmanıq və icazə versəydilər, inanclarımızı saxlayardıq.
Amma təəssüf ki, olmadı.
Biz islamdan uzağıq.
Həmdə çox uzaq. Dəfələrlə tələbələr mənə deyiblər ki, biz molla paltarı geyinib bayıra çıxa bilmirik, bizi təhqir edib aşağılayırlar. Bir gün tələbələrdən biri mənə dedi ki, altı yaşlı oğlum var. Evdən ayrılarkən mənə dedi ki, molla paltarını geyinib gəlsən səninlə çölə çıxmayacağam. Əməlli başlı utandım. Rəhmətlik Ayətullah Şəriətmədarinin dediyi sözlər yadıma düşdü ki, ruhanilər hökumətə girsə, nəinki özünü, hətta dini də məhv edəcəklər. Evə qayıdıb paltarımı dəyişdim. Çölə çıxıb təkbaşıma ağladım. Arvad mənim pis halımı görüb soruşdu niyə əsəbisən? Dedim niyə olmayım. Bu gün azyaşlı oğlum 20 illik təhsilimə meydan oxudu. Məğlub olduq, Çox pis uduzduq.
Allahım, işin axırını elə gətir ki, Sən razı ol, biz də xoşbəxt”.
Hüccətül-İslam Məhəmməd Zəkayi, İlahiyyət Professoru