
Çadırda hədəf alındı
“HƏMAS”ın yüksək vəzifəli rəsmisi öldürüldü
“HƏMAS”ın yüksək vəzifəli rəsmisi öldürüldü
Azərbaycan və İsrail aralarında imzalanan sazişlə əlaqələri gücləndirir
Tehran Bakıya proksi müharibədən və İrəvana dəstəkdən məhrum edilir
Bakının Qarabağ adlı dərdi yoxdur, Bakı azaddır
“Azərbaycanın “İbrahim müqavilələri”nə daxil edilməsi bu razılaşmaları möhkəmləndirəcək”
1500 il əvvələ aid tapıntılar həddindən artıq asketizmi ortaya çıxarıb
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
İsrail, ABŞ, və Azərbaycan arasında danışıqlar gedir
Trampdan “HƏMAS”a son xəbərdarlıq: “Yalnız xəstə və azğınlar meyitləri gizlədir“
İsrail ordusu Livanın cənubunda “Hizbullah” liderinin vurulduğunu təsdiqləyib
İranın yaraqlılarını məhv etmək üçün lazım olan sursata görə təşəkkür
ABŞ dövlət katibi satışı sürətləndirmək üçün bəyannamə imzalayıb
Nüvə proqramı barədə məlumat sızdırmaqda ittiham olunur
ABŞ və İsrail İranı vurmağa hazırdır, Ukrayna üçün “Marşal planı”
Həyəcanlı gözləmə davam edir
Terrorçuların Livan-Suriya sərhədindəki qaçaq məntəqələrə zərbələr endirib
Son zamanların gündəminə çevrilən “İranın nüvə arxivləri” adlı sənədlər İsrail kəşfiyyatı tərəfindən İranda ələ keçirilmiş 100 min səhifəlik sənədlərdir.
İsrail tərəfinin “İranın nüvə arxivləri” adlı sənəd hazırda İrana qarşı istifadə olunmuş ən yaxşı silahlardan biridir. Bu silahın İran üçün bəlkə də elə həmin o “İranın nüvə silahı”ndan da təhlükəli olduğunu qeyd etsək yanılmarıq.
İsrailin baş naziri Benyamin Netanyahu dünya ictimaiyyətinə açıqlamasında bildirdi ki, ölkəsinin kəşfiyyatı İranın nüvə proqramı ilə bağlı mühüm sənədlər ələ keçirib. Baş nazirin dediyinə görə, İran Qərblə razılaşmanın əksinə olaraq, özünün nüvə proqramını daha da genişləndirib.
Bu bəyanat dünya ictimaiyyətində şok effekti yaratdı.
Bəs bu sirli sənədlər nələrdən ibarətdir? Bu sənəd İsrail baş nazirinin sözləri ilə desək 55 min səhifə və 55 min fayldan ibarət və 183 diskdə saxlanılan materiallar toplusudur. Yenə Netanyahunun sözləri ilə desək, içərisində İranın nüvə silahının layihələşdirilməsi zamanı aparılmış qeydlər yer alır. İndi bu məsələnin qalxmasının əsas səbəbi İranın bu qeydlərdən istifadə edərək həmin proqramın inkişafını davam etdirməsi məsələsidir.
Hadisələrin gedişatına nəzər salsaq, İrana qarşı ciddi problemlərə gətirib çıxaracaq yeni oyunun başladığını görərik. Bu oyun mayın 12-si ilə bağlıdır. Həmin tarixdə İranla nüvə razılaşması tərəflərindən biri olan ABŞ, yəni prezident Donald Tramp nüvə razılaşması ilə əlaqədar qərar qəbul etməlidir. ABŞ prezidenti isə dəfələrlə nüvə razılaşmasından çıxmaq niyyətində olduğunu bildirib.
Əvvəlcə İranın qatı düşmənlərindən olan və dəfələrlə beynəlxalq çıxışlarda “İranı dünya üçün böyük təhlükə” adlandıran İsrail baş naziri Benyamin Netanyahu düşməninə qarşı ən gözəl silahlardan birinə sahib olduğunu bəyan edir.
Burada ən maraqlı məsələlərdən biri İsrailin bu sənədləri hansı yollarla ələ keçirməsidir. Axı söhbət hər hansı kiçik sənədlərdən deyil, demək olar ki, bir arxivdən gedir.
Əgər İsrail bu sənədləri hissə- hissə əldə edibsə indiyə kimi bu barədə niyə bir kəlmə də səsləndirməyib? Yox əgər bütün bu dəlilləri bir yerdə əldə edibsə bəs o zaman bunu ciddi nəzarəti ilə seçilən İran kimi ölkədən necə çıxara bilib? Özü də İran üçün ekspertlərin dediyi kimi “həyatı əhəmiyyətli bir sənəddən” söhbət gedirsə.
Burada ikinci diqqət çəkən məsələ isə həmişəki kimi İsrailin bəyanatından sonra ABŞ-ın məsələyə qoşulmasıdır. Bu dəfə ABŞ tərəfindən dövlət katibi Mayk Pompeo çıxış edərək yenicə ələ keçirilmiş sənədləri şəxsən incələdiyini və artıq İranın yalan söylədiyini aydınlaşdırdığını bildirir.
Onu da xatırladaq ki, Mayk Pompeo Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktorudur.
Vaşinqtonun mövqeyindən belə anlaşılır ki, daha bir müddət İrana qarşı təzyiqlər davam edəcək.
ABŞ-la birgə Britaniya hökuməti də hadisəyə reaksiya verərək, Britaniyanın heç bir zaman İranın nüvə məsələsinə sadəlövhlüklə yanaşmadığını bildirir.
Qeyd etdiyimiz razılaşmanın daima yenilənməsi tərəfdarı olan Fransa tərəfi isə İranın nüvə razılaşması şərtlərinin yerinə yetirilməsi məsələsində uzunmüddətli zəmanət verməli olduğunu bildirir.
İsrail baş naziri bu dəfə hadisəyə razılaşmanın bütün tərəflərini qatmaq niyyətindədir. Belə ki, Rusiya mətbuatının bildirdiyi kimi, Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında bu mövzu ilə əlaqədar telefon danışığı olub. Danışıqlardan sonra Rusiya tərəfi də sənədləri incələməkdə maraqlı olub və artıq mütəxəssis qrupu yollayıb.
Vyanada Beynəlxalq Təşkilatlar üzrə Rusiyanın Daimi Nümayəndəsi Mixail Ulyanov həmin sənədlərin həqiqiliyinin Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən yoxlanılmasının tərəfdarı olduğunu bildirir.
Beynəlxalq Atom Enerjisi Agentliyi məsələ ilə bağlı TASS informasiya agentliyinə açıqlama verib. Təşkilat 2009-cu ildən sonra İranda nüvə silahı yaratmaqla bağlı etibarlı dəlillər qeydə almayıb.
Bu məsələ 2015-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amananın geniş hesabatına əsasən qurumun İdarə Heyətinin qərarı ilə bağlanıb.
Burada maraqlı məqamlardan biri İsrail dövlət xadimi, 1992-1999-cu illərdə “Nativ” xüsusi xidmət orqanının (İsrail baş nazirinə tabedir) rəhbəri işləmiş, hərbi-siyasi məsələlər və beynəlxalq siyasət üzrə ekspert Yakov Kedmi İranın nüvə silahı məsələsinə münasibətidir.
Ekspert nüvə silahı məsələsində İranın gec ya tez bu məqsədə çatacağını bildirir. Onun bildirdiyi kimi İrana bu işi hətta öz ərazisində keçirməyə belə ehtiyacı yoxdur. Ekspert İranın bunu Şimali Koreyada həyata keçirəcəyini və hazırda bu məsələdə lazımi işlərin görüldüyünü də qeyd edir.
İran tərəfi də öz növbəsində təbii ki, İsrail tərəfinin bu iddialarını nüvə razılaşmasına hesablanmış addım hesab edir.
“Netanyahunun göstərdikləri gülməli və uşaqsayağı bir oyundur. Mayın 12-nə, ABŞ prezidenti Donald Trampın İranla nüvə müqaviləsi haqda qərar qəbul edəcəyi bir vaxta planlaşdırılmış bir şoudur”, - İran xarici işlər nazirinin müavini Abbas Ərakçi bildirib.
Qeyd edək ki, nüvə müqaviləsi 2015-ci ilin iyulunda İranla altılıq ölkələri (ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin + Almaniya) arasında nüvə imzalanıb. Onun şərtlərinə əsasən İran sanksiyaların etap-etap qaldırılması qarşılığında nüvə proqramını dayandırır və Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertlərinə həmin obyektlərə giriş verir.
Əvəz ZEYNALOV