vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
15:51 | 17 oktyabr 2022 | Bazar ertəsi Məqaləyə 873 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Fransa obyektiv ola bilmir”

Mövlud Çavuşoğlu: “Sizin hər dediyinizi qəbul edən bir Azərbaycan artıq yoxdur”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Təəssüf ki, Fransa və Fransa prezidenti Makron obyektiv ola bilmir”. Bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edib.

“Cənab Prezident İlham Əliyev Makronun təklifini qəbul etdi və Praqada dördtərəfli görüş keçirildi. Anladığım qədəri ilə, hətta bu iclası da Azərbaycana təzyiq göstərmək üçün keçirmişdilər. Amma artıq sizin qarşınızda hər dediyinizi qəbul edən bir Azərbaycan yoxdur, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Təxribat törədən ortadadır. İşğalçının kim olduğunu hər kəs bilirdi. 30 il Qarabağ problemi niyə həll olmadı? Buna səbəb Minsk üçlüsünün Rusiya, ABŞ, Fransanın qeyd-şərtsiz Ermənistana dəstək verməsidir. Azərbaycan 30 il səbr etdi. Nəticədə öz torpaqlarını Ermənistanın işğalından azad etdi. Beynəlxalq hüquqa əsasən, Qarabağ Azərbaycan torpağıdır”, – deyə M. Çavuşoğlu bildirib. (Trend.az)