
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Təbəssümləri də saxtadır
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Rusiya İstanbulda imzalanan taxıl sazişindən çıxdığını elan etdi və bu dünya bazarlarında taxılın qiymətinin qalxmasına səbəb olacaq.
Taxıl qiymətləri ölkələrin ixraca məhdudiyyət tətbiqindən sonra özünün maksimum həddinə cari ilin may ayının birinci yarısında çatmışdı. Türkiyənin sonradan müdaxiləsilə Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair saziş imzalanmışdı. Beləcə yaradılmış “taxıl dəhlizi” dünyada olan ajiotajı azaltmış və qiymətlər enməyə başlamışdı.
İndi Rusiyanın yenidən bu mövqeyə qayıtması taxıl bazarında gərginliyi artıracaq və bu taxıl qiymətlərinə öz mənfi təsirini göstərəcək.
Rusiya əlində qalan ən son təsir alətlərindən istifadə etməklə qərbin sanksiyalarına qarşılıq verməyə çalışır. Hazırda əlində iki təsir aləti qalıb ki, bu da karbohidrogen ehtiyatları və ərzaq məhsulları bazarında gərginlik yaratmaqdır. Əslində bu alətlərin də artıq əvvəlki kimi təsiri qalmayıb. Amma yenə də indi fürsətdən istifadə edərək "buğda dəhlizi" sazişindən çıxmaqla, ərzaq təhlükəsizliyinə təhdidlər yaratmaqla mövqeyini gücləndirməyə çalışır.