

“Putinin hazırkı vəziyyətdə çətin ki, buna razılaşsın”
Kreml atəşkəsi nəzərdən keçirərkən, ABŞ silahları yenidən Ukraynaya göndərilir
Tramp Putinlə Zelenski kimi davrana biləcəkmi?
Rusiyanın işğalçı müharibəsinin dağıntılardan daha fəlakətli fəsadı ...
Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
Yelenaya son səfərində gəmi-gəmi gəzən Napolen
AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
Fransanın yeni qablaşdırma vergisi çörək bişirənləri qəzəbləndirdi
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Fransa dondurulmuş Rusiyanın aktivləri ilə Ukraynaya maliyyə ayıracaq
İranda düşünürlər ki, Rusiya və Çinlə fəaliyyət hərbi əməliyyatdan çəkindirəcək
ABŞ-ın NATO-dan çıxmasına cavab: “Əlimizi cibimizə qoymağa hazır olsaq, seçimlərimiz var”
Rusiyanın Ukraynanın şərqinə endirdiyi hava zərbələrdə yanğınsöndürəni vurublar
“Fransa Senatına Azərbaycana qarşı sanksiyaların tətbiqini və Ermənistana silah satışlarına başlanmasını nəzərdə tutan qətnamə layihəsini təqdim etmiş fransız siyasətçilərin fəaliyyəti İsrailə, Qərb ölkələrinə və Fars Körfəzinin ərəb ölkələrinə birbaşa təhdiddir”.
Tanınmış yəhudi siyasi ekspert və analitik Ariel Koqanın ABŞ-dakı yəhudilərin aparıcı mass-mediasından biri olan “The Jewish Times”da dərc olunmuş məqalədə belə deyilir.
Müəllif Fransa Senatına təqdim olunmuş qətnamə layihəsini sərsəm və absurd sayıb.
O, Fransadakı Mesopinions.com saytında Azərbaycan xalqının adından Fransa Senatına və xalqına ünvanlanmış petisiyadan da bəhs edib.
“Ukraynadakı müharibə bütün qlobal siyasətə dağıdıcı təsir göstərməklə yanaşı, müxtəlif ölkələr arasındakı çox qəribə, qarışıq əlaqələrlə ittifaqları üzə çıxardı.
Ən son paradoks Fransa, İran və Rusiyanın səylərini Qafqazda Azərbaycanla İsrailə qarşı birləşdirməsidir. İran Ermənistanı Avropa Birliyinə aparan yeganə ticari yol, Azərbaycanla İsrailin sıx münasibətlərini isə özünə real təhlükə hesab edir. ABŞ-da terrorçu təşkilat elan edilmiş “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun “(Pəsdəran”) keçirdyi təlimlər zamanı İran hərbçiləri Araz çayını keçərək Azərbaycan ərazilərinə soxulmağı məşq etmişdilər”, - məqalədə yazılıb.
A.Koqanın sözlərinə görə, noyabrın 15-də Fransa Senatında Azərbaycanın “Ermənistana qarşı təcavüzdə və hərbi cinayətlər”də suçlandığı, Bakıya qarşı sanksiyaların tətbiqini və Ermənistana ağır hərbi texnikanın satışını nəzərdə tutan qətnamə layihəsi səsə qoyulacaq.
Sənəd Azərbaycandan neft və qaz alışlarına embarqonu nəzərdə tutulur, Avropa İttifaqının digər ölkələrini də analoji addım atmağa çağırır.
Belə sanksiyalar və Ermənistana silah satışı kimə sərf edir?
Hamıdan çox Rusiyaya, çünki Avropa İttifaqının energetika sahəsində Azərbaycan Rusiyanın əsas rəqibidir.
Sonrakı yerdə İrandır - çünki İsrailin müttəfiqi olan Azərbaycanın mövqelərinin zəifləməsi və Fransa istehsalı olan müasir silahlarla hərbi texnikanın Ermənistana satışı Tehrandakı mollakratiya rejiminin mənafeyinə cavab verir.
Qərb ölkələrinin və İsrailin hərbi texnikasının nümunələrini ələ keçirəndə onların zəif surətlərini çıxararaq istehsal edən İran bu minvalla Ermənistana veriləcək Fransa hərbi texnikasından öz müdafiə sənayesini modernləşdirmək, yaxşılaşdırmaq üçün istifadə etmək niyyətindədir.
Ermənistana veriləcək Fransa silahlarının nümunələrini isə İran mütləq əldə edəcək.
Məşhur israilli hərbi ekspert Ron Ben İşay deyib: “İran Rusiyaya satdığı PUA-ların və raketlərin Ukrayna müharibəsində istifadəsindən öz texnikasını təkmilləşdirmək üçün əla döyüş təcrübəsi qismində yararlanır. Fransanın Ermənistana silah satacağı təqdirdə isə, İran bundan maksimum bəhrələnəcək. Nəticədə İsrail və Yaxın Şərqdəki ərəb ölkələri üçün çox ciddi təhlükə yaranacaq”.
Bundan başqa, Fransa nə üçün Azərbaycana qarşı səylərini İran və Rusiya ilə birləşdirir? Fransada ciddi diaspora malik olan Ermənistan bu minvalla Avropadakı geosiyasi proseslərə təsir etməyə çalışır.
Bəs yaxşı, Fransadakı ermənilər niyə Rusiya və İranın maraqlarına cavab verən mövqe tutublar?
Bəlkə Rusiyanın Fransadakı erməni diasporuna ciddi təsir imkanları var?
Qonşu Almaniyada xüsusi xidmət strukturları Rusiyaya meylli nüfuzlu siyasətçilərin və məmurların “ovu”ndadır. Hətta Almaniyanın Federal Kibertəhlükəsizlik Xidmətinin rəhbəri Rusiya ilə gizli əlaqələrdə şübhəli bilindiyi üçün işindən kənarlaşdırılıb.
Analoji proses Fransada da aparılmalı deyilmi?!
Fransadakı siyasətçilərin və Parisdəki erməni lobbisinin məramları nə olursa-olsun, onların fəaliyyəti İsrailə, Qərbə və xüsusilə də Fars Körfəzindəki ərəb monarxiyaları üçün birbaşa təhdiddir.
Unutmayaq ki, İran Yəməndəki “Ənsər Allah” hərəkatı kimi proksi strukturlarından Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərindəki “hədəf”lərini vurmaq üçün istifadə edir.
Bir qrup azərbaycanlı fəal Fransa Senatına ünvanlanmış petisiya imzalayaraq Parisin sanksiya və embarqo niyyəti ilə bağlı absurda son qoymağa çağırıb.
İstənilən sağlam düşüncəli insan – azərbaycanlı, israilli və ya avropalı - Cənubi Qafqazda sülhün bərqərar olmasına şans vermək üçün bu petisiyanı imzalamalıdır.