vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
12:59 | 14 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 652 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml Rəisini tələsdirir

Putinin qaçmaq planı və İranın ümidsiz vədləri

D.ƏHMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Xerson fiaskosundan sonra Rusiyada əsas günahkar axtarışı fonunda hələlik, yalnız bir nəfər – Aleksandr Duqin günahkarın Rusiya prezidenti Vladimir Putin olduğunu və onun daş-qalaq edilməli olduğunu bədii ifadələrlə izləyicilərinin diqqətinə çatdırıb. Düzdür, post meydana çıxdıqdan az sonra Duqinin səhifəsindən silinib (rus propaqandist hədələrə görə postu silməyə məcbur olub). Amma hətta, bir nəfərin də olsa, əsil günahkara işarə etməsi işlərin heç də yaxşı olmadığına işarədir və bunun yaxın zamanlarda milyonları əhatə etməyəcəyinə heç bir təminat yoxdur. Odur ki, işləri ehtiyatlı tutmaq gərəkir. Elə çox güman ki, Vladimir Putin də bunu anlayaraq, yır-yığış etmək niyyətinə düşüb.

Cümə günü – noyabrın 11 və şənbə günü – noyabrın 12-də Rusiya prezidenti Vladimir Putinin iki mühüm və önəmli telefon danışığı olub. Noyabrın 11-də Putin Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin Arkanj Tuadera ilə telefon danışığı aparıb. Mərkəzi Afrika Respublikası ərazisində Priqojinin Özəl Hərbi Şirkətinin (ÖHŞ) mühafizəsi altında Putinin yeraltı, xüsusi təchiz olunmuş anbarlarda pul və qızıl saxlaması barədə məlumatlar var ki, bu gün onun dəyəri ümumilikdə 14,8 milyard dollar qiymətləndirilir. Yəqin, diqqətli izləyicilər xatırlayırlar ki, 2018-ci ilin iyul ayının sonunda rusiyalı jurnalistlər Orxan Camal, Aleksandr Rastorquev və Kirill Radçenko məhz Mərkəzi Afrika Respublikası ərazisində qətlə yetirilmişdilər. O zaman jurnalistlərin qətli ÖHŞ döyüşçüləri tərəfindən Yevgeni Priqojinin əməliyyata birbaşa nəzarəti və Rusiya prezidenti Vladimir Putinin məlumatı və icazəsi ilə həyata keçirilmişdi.

Priqojinə məlumat verilmişdi ki, jurnalistlər Putinə məxsus pul və maddi sərvətlərin saxlandığı bazalar haqqında məlumatın təsdiqini axtarırlar və bu, onların öldürülməsinə səbəb olmuşdu. Cümə günü Putin Tuadera ilə danışarkən Mərkəzi Afrika Respublikasındakı vəziyyətə aydınlıq gətirib, Mərkəzi Afrika Respublikası prezidentinin sədaqətini müəyyən edib və özünün yaxın gələcəkdə mümkün səfərinə eyham vurub. Məsələnin vacib tərəfi odur ki, Putin Mərkəzi Afrika Respublikasını Rusiya Federasiyası ərazisindən kənarda, özü və yaxınları üçün fövqəladə vəziyyətdə evakuasiya üçün iki variantdan biri hesab edir. İndi Putin evakuasiya imkanlarını real hesab edir, ona görə də onun variantları olduğunu və onların kifayət qədər mümkün olduğunu aydınlaşdırması vacibdir.

Putinin ikinci əlamətdar telefon danışığı şənbə günü İran prezidenti İbrahim Rəisi ilə olub. Söhbət Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin, yumşaq desək, Tehrana o qədər də uğurlu olmayan səfəri fonunda baş tutub. Patruşev yaxın gələcəkdə və lazımi miqdarda ballistik raketlərin buraxılış qurğuları və pilotsuz uçuş aparatlarının təcili çatdırılması ilə bağlı İran rəhbərliyi ilə razılaşa bilməyib. İran rəhbərliyi kömək edəcəyinə söz versə də, buna tələsmir. Pilotsuz uçuş aparatlarının tədarükü Yeni ilin gəlişinə qədər vəd edilmişdi, lakin Rusiya rəhbərliyinin tələb etdiyinin təxminən 25%-i həcmində. Yeni ildən əvvəl ballistik raketlərin çatdırılması İran tərəfindən çətin iş kimi qiymətləndirilir və Patruşev tələb olunan həcmin yalnız yarısını gələn ilin yazında təmin ediləcəyinə dair vədlər alıb. Bu vəziyyət Putinin ürəyincə olmayıb və o, İran prezidentini şəxsən tələsdirmək qərarına gəlib. Nəticədə İbrahim Rəisi rus sifarişini yerinə yetirməyə tələsəcəyinə söz verib. Putin faktiki olaraq açıq mətnlə texnologiya və mütəxəssislərə İrana nüvə silahı yaratmağı vəd etmasinə baxmayaraq, söhbətdə heç bir konkretlik qeyd olunmayıb.

İndi Putin hər növbəti addımın vəziyyətin pisləşməsinə səbəb olduğu zuqzvanq vəziyyətindədir. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün silah yoxdur, üstəlik, işğal olunmuş əraziləri saxlamaq üçün silah və imkanlar yoxdur (Roqozinin bir neçə aydan sonra döyüş meydanında görünəcək gizli silahlarla bağlı nağılları bədbəxt insanların inana biləcəyi cəfəngiyyatdır). Ötən gün Putin şəxsən aldığı “sülh təklifi”ni öz şərtlərini güc tətbiqi cəhdnin nümayişi ilə müzakirə etməyə hazırdır, lakin təklifi verənlər Rusiya prezidentinin gücünü və imkanlarını yaxşı bilirlər və Putinin “bütün vasitələrdən” istifadə edərək eskalasiya səviyyəsini yüksəltməyə çalışdığı halda şərtləri sərtləşdirə bilərlər. Putin artıq uduzub, indi baxmaq lazımdır ki, o, hansı hesabla uduzub.