vaxtlı-vaxtında oxuyun! Cümə, 14 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
22:02 | 31 mart 2014 | Bazar ertəsi Məqaləyə 1453 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlham Əliyev Ərdoğana zəng edib

Prezidenti baş naziri təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

APA-nın məlumatına görə, İlham Əliyev Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə baş nazir Rəcəb Tayyib Ərdoğanı təbrik edib, qardaş Türkiyə xalqına firavanlıq və tərəqqi arzularını çatdırıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan göstərdiyi diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.