Qarışqa və arılardan ilhamlanaraq
Yeni dronlar axtarış və xilasetmə əməliyyatlarında istifadə əvəzsiz faydalı ola bilər
ELŞAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çin səddinə dronla yemək sifarişi
Zibilləri də yığacaqlar
-
Ermənilərin kabusu gerçəkləşdi
İsrail Bakı ilə hərbi müqavilə imzaladığını elan etdi
-
Yanğınlarla bağlı ilginc iddialar
Gürcüstanı avqustun sonlarında başlayan meşə bürüyən yanğınları hələ də ram edə bilmir
-
Meşə yanğınlarında Rusiya izi
Dronlara yandırıcı qumbara bağlayıb meşələrə atırlar?
-
Müharibə riski azalmayıb
Vaşinqton Cənubi Qafqazı və Azərbaycanı unudub?
-
«Bilmirəm o nə silah idi, ...»
Erməni hərbi həkimlərinin dəhşətli aprel xatirələri: «... hamı diri-diri yanmışdı»
-
100 atdan bahalı «ulaq»
Dəyəri 14 milyon olan Komorant 500 kq yükü 180 km/saat sürətlə daşıyır
-
«Apreldə çox uğurla tətbiq olunub»
Ukrayna Azərbaycana baxıb kamikadze-dronla silahlanır
-
Arım var, arım var, «eşşək arısı»...
ABŞ ordusunun qorxunc silahı bu atalar sözünün mənasını dəyişdi
-
Elm adamları qarışqalar və bal arıları kimi həşəratlardan ilhamlanaraq kiçik dronlara yol tapmağa imkan verən üsul hazırlayıblar. Böyük dronlar və ya sürücüsüz avtomobillər öz yollarını tapa bilirlər. Bunun üçün ümumiyyətlə açıq ərazilərdə GPS və qapalı mühitlərdə simsiz əlaqədən istifadə edirlər.
Bundan əlavə, böyük dronlar getdikləri yollarda mütəmadi olaraq ətraflarının fotoşəkillərini çəkə və geri dönərkən istifadə edə bilərlər.
Amma kiçik dronların gücü və saxlama qabiliyyətinin olmaması variantları qeyri-mümkün edirdi. O vaxta qədər ki, alimlər qarışqa və arılardan ilhamlandılar.
Hollandiyanın Delft Texniki Universitetinin tədqiqatçıları bu problemi həll etmək üçün qarışqa kimi həşəratların instinktindən istifadə üsul hazırlayıblar.
Qarışqalar koloniyaları tərk edərkən ətrafdakı görüntüləri yaddaşlarına qeyd edirlər. Sonra hədəflərinə çatana qədər atdıqları addımları sayırlar. Bu yolla, onlar çox görüntü saxlamadan öz yollarını tapa bilərlər.
“Science Robotics” jurnalında dərc edilən araşdırmada 56 qram ağırlığında kiçik bir dronun üzərinə kiçik kamera və ucuz prosessor yerləşdirilib. Daha sonra müxtəlif maneələrin olduğu qapalı ərazidə bu maneələrin görüntülərini cihaza yükləyiblər.
Dron qarışqalardan fərqli olaraq yerimədiyi üçün addımlarını saya bilmir. Tədqiqatçılar bu baxımdan dronun bal arılarına daha çox bənzədiyini və altındakı cisimlərin keçmə sürətinə uyğun hərəkət etdiyini qeyd ediblər.
Dron istədiyi məsafəni qət etdiyini müəyyən etdikdən sonra geri qayıdarkən o, üzərindəki kamera şəklini son qeydə alınan görüntü ilə müqayisə edir. Tədqiqatın həmmüəllifi Quido de Krun (Guido de Croon) metodu belə izah edir: “Fərz edək ki, ağac görünüş sahəsindədir və o, qeydə alınmış şəkildə indiki şəkildəkindən daha böyük görünür. Bu zaman dron həmin ağaca doğru hərəkət edir və beləliklə, ağac indiki şəkildə böyüyür”.
Qapalı mühitdə bu şəkildə hərəkət edən dron cəmi 1,16 kilobayt yaddaşdan istifadə edərək 100 metrlik səyahəti təkbaşına edə bilib.
Bu üsul mürəkkəb sensorlar və ya GPS kimi xarici infrastrukturlar olmadan özbaşına yol tapan dron qruplarına kömək edə bilər.
Belə texnologiyanın kiçik dronlara daxil edilməsi, xüsusilə axtarış-xilasetmə işlərində əvəzsiz ola və insanların həyatını xilas edə bilər. Krun yeni araşdırmanı aşağıdakı kimi qiymətləndirir: “Həşəratlardan ilham alan bu naviqasiya strategiyası kiçik avtonom robotların real dünyaya gətirilməsi istiqamətində mühüm addımdır”.