
Rusiya yerləşdi, ABŞ aldı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
Putin ABŞ-a satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq
Obama, oğul və ata Buşun portretləri Ağ Evdə ziyarətçilərin görmədiyi yerə aparıldı
Hafizəmizdən silinməyəcək mənzərə
ABŞ-da yüzlərlə təyyarənin gecikməsi, onlarla reysin ləğvi minlərlə sərnişinə təsir etdi
Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir
Minimum gömrük qiymətləri 10%-dən 15-ə qaldırıldı
ABŞ Prezidenti yaxın günlərdə yeni FED üzvü və statistikasının rəhbərini açıqlayacaq
Tramp: “Anlaşma istəmədilər, ...”
Avropa Birliyi Yaponiya kimi sərmayə vədi verməyə hazır deyil
ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi bir ara 4,41 faizədək yüksəlib
MAGA vicdanı ilə İsrailin nüvə qorxusu arasında
Baş nazir Mers iqtisadiyyatı ön plana çıxardı, İfo indeksində artım müşahidə olundu
ABŞ prezidenti odla-su arasından necə çıxdı?
Pentaqon «Eşşək arısı» adlı kiçik həcmli dronları-pilotsuz uçan mini aparatları sınaqdan keçirib. Sürü şəklində qırıcı təyyarələrdən buraxılan bu dronlar hava hücumlarından müdafiə sistemləri, hərbi təyyarələr və digər hücum silahlarının məhvi üçün nəzərdə tutulur. 3D Printer aparatında buraxılan bu dronlar çox ucuz başa gəlir.
Ekspertlər hesab edir ki, hava hücumlarından müdafiə sistemlərinin bu cür dronların öhtəsindən gəlməsi çox çətin olacaq və bu sistemə qarşı yalnız müasir radioelektron silah lazımdır. Pentaqonun ən gizli bölmələrindən olan Strateji İmkanlar İdarəsinin rəhbəri Uilyam Roperin sözlərinə görə, bu proqramın reallaşması müasir döyüşlərdə ABŞ ordusuna görünməmişüstünlük verəcək.
Roper deyir ki, lap alçaqdan uça bilən bu dronlardan kəşfiyyatda da istifadə etmək olar.«Konkret hallarda nə qədər istəsən bu cür dron buraxmaq mümkündür və onlar sürü halnda olanda düşmən üzərində böyük üstünlük yaradır. Ona görə də rəqib özünü bu dronlardan qorumaq üçün müdafiəsinə daha çox vəsait və vaxt sərf etməli olacaq», - Pentaqonun məxfi idarəsinin rəhbəri deyir.
Amma Roper dronların hazırlanmasında konkret hansı texnologiyadan istifadə edilməsi barədə bir şey deməyib. Pentaqon rəsmisi deyir ki, bu dronları asanlıqla təyyarədən də buraxmaq mümkündür və sürü halında buraxanda F-16 və F/A-18 təyyarələrindən istifadə olunur.
Onun sözlərinə görə , bu dronların 3D-printerində buraxılması istehsalı sürətləndirir, aparat isə daha uçuz başa gəlir. Müəlliflər deyir ki, dronlar hədəfə minimal mümkün interval və aralarında distansiya saxlamaqla uçmalıdırlar. Burda əsas problemlərdən biri onların bir-biri ilə toqquşmasıdır. Buna görə də toqquşmamaq üçün xüsusi komputer alqoritmlərindən istifadə edilir.
İdea müəllifləri bu planda xeyli irəli getdiklərini deyirlər. Amma ABŞ hərbçiləri hələ ki, buraxıldığı təyyarəyə dönə bilən dron icad edə bilməyiblər və hazırda ilkin sınağın nəticələr üzərində işləyirlər. Lazım gəlsə layihəyə düzəlişlər ediləcək.
«Gazeta.Ru» yazır ki, Pentaqonun açıqladığı bu kiçik dronlar gizli istifadə üçün hazırlanan çoxlu sistemlərdən yalnız biridir. Pilotsuz sistemlər üzrə rusiyalı ekspert Denis Fedutinov deyir ki, Rusiyanın da bir neçə belə layihəsi olub, amma hələ ki,onun ölkəsində bununla ciddi məşğul olunmur.
Ekspert deyir ki, bu cür ideyaların gerçəkləşməsinə ciddi dövlət sərmayəsi lazımdır və bunun xərci aparatın dəyərindən çox ola bilər. Rusiyanın strategiya və texnologiyalar mərkəzinin sədr müavini Konstantin Makienko hesab edir ki, ABŞ-ın bu cür layihələrinə ciddi təlhlükə kimi baxmaq lazımdır və hərbi sahədə inqilab çox tez, qəfil baş verə bilər. O hesab edir ki, bu cür kiçik dronlarla mübarizə çox çətin olacaq və burda heç bir əks-hərəkət keçmir. Makienkonun fikrincə bu cür dronlara qarşı yalnız onların arasında intelektual əlaqəni poza bilən radioelektron silah effektli ola bilər.