Toğrul niyə uduzub?
Federasiya güləşçimizin məğlubiyyətinə münasibət bildirdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Joqo”, yoxsa “gegen”?
Futbolda taktika hegemonluğuna son qoyulmalıdır
-
Komanda hesabında birinci yer
Azərbaycan cüdoçularından Avropa çempionatında inanılmaz nəticə
-
Güləşçimiz Avropa çempionu oldu
İki güləşçimizi qızıl, daha ikisi isə bürünc medal uğrunda mübarizə aparacaq
-
371 milyon avro ...
Bakıda da keçiriləcək AVRO-2020-nin mükafat fondu artırıldı
-
«Kərim sən onların girovuna çevrildin»
İranlı güləşçinin «uduzmağa» məcbur edilməsi sosial mediada narazılıqla qarşılanıb
-
Son dərəcə gərgin mücadilə
Prezident İlham Əliyev və ailə üzvləri Azərbaycanın Niderland millisi ilə oyununu izləyiblər
-
Prezident və birinci xanım Avropa çempionatında
İlham Əliyev və Mehriban Əliyeva Azərbaycanın Almaniya millisi ilə oyununu izləyiblər
-
Birdəfəyə 3 fənd və 8 xal
Nəzərova 70 dəqiqədə 11 xal qazanaraq dünyanın ən güclüsü oldu
-
38 kq-lıq zərif pəhləvan
Güləşçimiz rus idmançını ilk hissədə məğlub etdi
-
Şahanə yapon güləşçiyə xal vermədi
Namazovanın 1/4 final qarşılaşması
-
Şahanə güləşçi
Avropanın birincisi Nəzərova dünya çempionu da oldu
-
Son 20 saniyədə gələn 4 xal
Azərbaycan güləşçisi erməni Ambarsumyana əsl Laçını tanıtdı
-
Güləşçimizin gücü
Asatryanın üzü astarından ucuz oldu 10:2
-
30 ildən sonra ilk dəfə
Hacı Əliyev Məhyəddin Allahverdiyevin uğurunu təkrarladı
-
«Növbəti hədəfim olimpiya çempionluğudur»
Hacı Əliyev qələbəsini xalqımıza ithaf etdi
-
Hacı Əliyev 3 qat dünya çempionudur
Əsas vaxtda bərabərə qalan güləşçimiz əlavə vaxtda Rusiyalı idmançının kürəyini yerə vurdu
Finlandiyanın Vantaa şəhərində keçirilən Avropa çempionatında sərbəst və qadın güləşçilərin mübarizəsi tamamlandı.
Güləş Federasiyasından Musavat.com-a daxil olan məlumata götə, federasiyanın I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev sərbəst və qadın güləşçilərimizin çempionatda çıxışına münasibət bildirərkən qazanılan nəticənin qənaətbəxş olduğunu bildirib: «Bu gün Avropada güləş yarışlarında rəqabət əsasən Azərbaycan və Rusiya güləşçiləri arasında gedir. Bu rəqabətə qoşulmaq istəyən bir neçə ölkə də var, ancaq onlar hələ nə Azərbaycan üçün, nə də Rusiya üçün ciddi rəqib sayıla bilməz. Avropa çempionatında sərbəst və qadın güləşçilərimizin çıxışı uğurlu oldu. Komandamız ümumilikdə 3 qızıl və 3 gümüş medal qazanıb. Yunan-Roma güləşçilərimizdən də uğurlu çıxış gözləyirik. İnanıram ki, nəticə daha da yaxşı olacaq».
Olimpiya çempionu Toğrul Əsgərovun çempionatda uğursuz çıxışına münasibət bildirən AGF rəsmisi bunun obyektiv və subyektiv səbəblərə bağlı olduğunu deyib: «Təbii ki, Toğrulun özündə də müəyyən qədər səhlənkarlıq oldu. Ancaq obyektiv və subyektiv səbəblər var. Uzun müddət səhhətində yaranmış problemlə əlaqədar Toğrulun ölkə xaricində müalicəsini həyata keçirdik. Subyektiv səbəb isə, Toğrulu böyüyüb boya-başa çatdıran babasının dünyasını dəyişməsi oldu. Toğrul üçün əziz olan bu insanın həyatını itirməsi ona öz təsirini göstərdi. Bakıya qayıtdıqdan sonra Toğrulla bir daha söhbət edəcəyik. İnanıram ki, sentyabrda keçiriləcək Dünya çempionatında o, yenidən öz sözünü deyəcək. Ona inamımız böyükdür, Dünya çempionatında ondan növbəti uğurunu gözləyirik».
Sərbəst güləş yarışlarında 70 kq çəki dərəcəsində Azərbaycan güləşçisinin finalda Ermənistan təmsilçisi ilə qarşılaşmasına da toxunan Namiq Əliyev erməni güləşçinin Ruslan üçün rəqib olmadığını bildirib:
«Biz Ruslan Dibirhacıyevin çempion olacağını hədəfləmişdik və buna da inanırdıq. Ruslanın yarımqrupu çox ağır idi, orada kifayət qədər güclü idmançılar var idi. Ermənistan güləşçisi isə tam təsadüf nəticəsində finala qədər gəlib çıxmışdı. Erməni güləşçisi Ruslan üçün rəqib deyildi. Final görüşündən öncə də Ruslanla söhbət etdik və o, rəqibi ən azı 10:0 hesabı ilə məğlub edəcəyini bildirdi. Qarşılaşma zamanı görüşün 10:0 hesabı ilə bitməsi də real idi, ancaq hakimlər rəqibə anlaşılmaz 1 xal verdilər. Buna baxmayaraq, güləşçimiz vaxtından əvvəl qələbə qazandı və rəqibindən güclü olduğunu sübut etdi».