vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SOSİAL  
08:47 | 24 avqust 2024 | Şənbə Məqaləyə 297 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Böyük iqtisadiyyatlarda işsizlik yüksəlib

“Fitch” bunu əmək bazarı şərtlərinin zəifləməsi ilə əlaqələndirir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings”, son 6 ayda bir çox böyük iqtisadiyyatlarda işsizlik nisbətlərinin yüksəldiyini bildirdi. “Fitch”in verdiyi açıqlamada qeyd olunub ki, işsizlik nisbətləri tarixi standartlara görə aşağı səviyyədə qalsa da, əmək bazarı şərtlərinin zəifləməsi əmək haqqı inflyasiyası üzərində müəyyən təzyiqlər aparmağa başlayıb.

Bu vəziyyətin inkişaf etmiş iqtisadiyyatlardakı mərkəzi bankların faiz endirimlərini əsaslandırmasına kömək etdiyi bildirilən açıqlamada, ABŞ, İngiltərə, Kanada, Almaniya, Avstraliya və İsveçrədə işsizlik nisbətlərinin artdığına diqqət çəkilib.

Açıqlamada aşağıdakılar qeyd olunub: “ABŞ-da bir il əvvəl 3,5 faiz olan işsizlik nisbəti 2024-cü ilin iyul ayında yüzdə 4,3-ə yüksəlib. İngiltərədə 2023-cü ilin noyabrında 3,8 faiz olan işsizlik nisbəti, may ayında yüzdə 4,2-yə yüksəldi. Kanadada bu nisbət, 2023-cü ilin yanvar ayında 5, 2024-cü ilin iyul ayında isə 6,4 faiz olub. Almaniyada 2023-cü ilin may ayında yüzdə 2,9 olan bu nisbət, iyul 2024-də 3,4 olub. İşsizlik nisbəti 2023-ün ilin iyunu ilə 2024-cü iyulu arasında Avstraliyada 3,5-dən 4,2-yə, İsveçrədə isə 2-dən 2,5-ə qalxıb”.

Açıqlamada, Avropa, İngiltərə, İsveçrə və Kanadanın mərkəzi banklarının son 2-3 ayda siyasət faizlərini endirdiyi, ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyinin də ABŞ-ın gözləntiləri ilə azaldığı bildirilib. Federal Ehtiyat Sistemi (FED) yaxın gələcəkdə faiz dərəcələrini aşağı salacaq.

Açıqlamada, digər tərəfdən Yaponiya Bankının siyasət faizini 0 faizdən 0,1 faizə, 0,25 faizə, Rusiya Mərkəzi Bankının isə inflyasiyanın sürətləndirilməsinə görə 200 bənd artıraraq 18 faizə qaldırdığı xatırladılıb.