vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
19:51 | 26 avqust 2024 | Bazar ertəsi Məqaləyə 150 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milyon dollarlıq ABŞ tanklarının çoxu vurulub

Rusiya Ukraynanın müdafiəsinin əsasını təşkil edən şəhəri ələ keçirə bilər

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ mərkəzli “Military Watch Magazine” saytının xəbərində Ukrayna ordusunun 6 ay ərzində ABŞ-ın göndərdiyi “M1 Abrams” tanklarının təxminən üçdə ikisini itirdiyi iddia edilir. 31 tankdan təxminən 20-nin bu ilin yanvar-aprel ayları arasında baş verən toqquşmalarda rus əsgərləri tərəfindən məhv edildiyi deyilir.

Xəbərdə Ukrayna ordusunun avqustun 6-da Rusiya ərazisi Kurska qarşı başlatdığı əməliyyatda Sovet dövründən qalma T-80-lərdən, İngiltərə istehsalı olan “Challenger 2”, Almaniya istehsalı olan “Leopard” və ABŞ istehsalı “M1 Abrams” tanklarından istifadə edildiyi bildirilir.

“M1 Abrams”ların ümumiyyətlə şərq cəbhəsində Donetsk vilayətində yerləşən Avdiyivkada istifadə edildiyi, lakin son əməliyyatla Kurskda da görüldüyü deyilir. Avqustun 22-də edilən hücumda Amerika tanklarından birinin məhv edildiyi qeyd olunub.

İddia olunur ki, ukraynalılar “M1 Abrams”ları partlayıcı maddələrə daha davamlı etmək üçün əlavə zirehlərlə təchiz ediblər, lakin rus əsgərləri onları yarı avtomatik lazerlə idarə olunan tank əleyhinə raket “Kornets” ilə zərərsizləşdirə bilib.

Xəbərdə Ukraynanın istifadə etdiyi məhv edilmiş Leopardların yerinə Avropa Birliyi ölkələrindən yeni tankların göndərilə biləcəyi bildirilərkən, ABŞ-ın yeni “M1 Abrams” tankları göndərməyi planlaşdırdığına dair heç bir məlumatın olmadığı qeyd edilir.

Digər tərəfdən, CNN-in may ayında verdiyi xəbərdə “M1 Abrams”ın Ukrayna cəbhəsində gözlənilən performansı göstərmədiyi yazılmışdı.

Xəbərdə hər biri təqribən 10 milyon dollar dəyərində olan “M1 Abrams”ların İraq işğalında Amerika ordusu tərəfindən istifadə edildiyi, lakin avtomobilin zirehinin müasir silahlara qarşı gücsüz olduğu bildirilib.

Ukrayna ordusu Kursk əməliyyatında irəliləyişini davam etdirərkən, Rusiya şərq cəbhəsində strateji əhəmiyyət kəsb edən Pokrovska yaxınlaşır.

CNN yazır ki, Rusiya ordusu şəhərə 10 kilometrdən də az məsafədədir və minlərlə insan Pokrovski tərk edib.

Pokrovsk Ukrayna ordusunun hərbi mərkəzləri arasında mühüm təchizat yolunda yerləşir. O, Donetsk vilayətinin hələ də Kiyevin nəzarətində olan hissəsində Ukraynanın müdafiəsinin əsasını təşkil edir.

Pokrovsk rəsmilərindən Serhiy Dobriyak bildirir ki, gündə təxminən min adam şəhəri tərk edir. Dobryak həmçinin deyir ki, səlahiyyətlilər uşaqlı ailələri təxliyə ediblər.

Rusiya Müdafiə Nazirliyinin avqustun 24-də günü verdiyi açıqlamada Ukraynanın Kursk əməliyyatında 71-i tank olmaqla ümumilikdə 5500 əsgər və 100-dən çox hərbi maşını itirdiyi iddia edilib. Kiyev itkin düşənlər haqqında məlumat paylaşmır.