Türk hakim «qızıl»ımızı aldı
Güləş federasiyası Levent Şəndən etiraz edəcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İntizamsız idmançıları qovun!”
Güləş federasiyasında olay toplantı: “Həmkarlarınızın uğursuzluqlarına sevinməyin!”
-
Güləşçimiz Avropa çempionu oldu
İki güləşçimizi qızıl, daha ikisi isə bürünc medal uğrunda mübarizə aparacaq
-
«Çatışmayan cəhətlərə bələdəm»
Firdovsi Umudov: «Komanda mənə çox yaxındı»
-
Avropa çempionumuz dünyanın da ən güclüsüdür
Hacı Əliyev finalda İran güləşçisinə qalib gəlib
-
Qızıl oğlanın qızıl fəndi
«Erməni güləşçilərlə qarşılaşarkən vacib məsələ ikiqat əzmkarlıq göstərmək və qələbə qazanmaqdır»
-
Muradına çatan çempion
5 qarşılaşmada rəqiblərindən 34 xal qazanan Məmmədov, əvəzində cəmi 3 xal verib
-
İki xoşbəxt rəqəmdir
Həftənin və DÇ-nin ikinci gün, ermənilər üzərində daha 2 qələbə, 2 qızıl və 1 gümüş medal
-
«Şəhidlərimizin qisasını aldıq»
«Erməni rəqiblə görüşərkən ancaq qələbə haqqında düşünürük»
-
Yığmamız dünya birincisi oldu
8 çəki dərəcəsində 6 qızıl, 1 gümüş qazandıq
-
4 çəkidə 3 qızıl
Dünya çempionatının ilk günündə bütün medalları türk respublikalarının güləşçiləri qazanıb
-
Bayrağa sarılan güləşçi
İdmançımız Elman Muxtarov erməni Aslayanı Azərbaycan himnini dinləməyə məcbur etdi
-
İdmançımız ermənini «sürüdü»
Mahir Əmiraslanov Karapetyanı biabırçı hesabla məğlub edib
-
Tarix yazdıq!
Güləş yığmamız Dünya Kubokunda medal qazandı
-
Azərbaycan Güləş Federasiyası türk hakimə qarşı rəsmi formada etirazı edəcək. Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov azerisport.com-a açıqlamasında, azərbaycanlı idmançı Həsən Əliyevin iştirak etdiyi Avropanın çempionatının finalında türk hakim Levent Şənin etdiyi hərəkətlərə qarşı rəsmi etiraz etmək niyyətində olduqlarını söyləyib:
«Döyüş zamanı hakimin başa düşülməyən qərarları, Azərbaycanın daha bir qızıl medalı itirməsinə səbəb oldu. Döyüşün sonun 3 saniyə qalmış hakimin azərbaycanlı idmançıya xəbərdarlıq etməsi absurd bir məsələdir və nəticədə rəqib qələbə qazandı. Buna görə türk arbitrinin hakimliyi haqqında rəsmi etirazı vermək barəsində qərar qəbul edilib. Azərbaycan və Türkiyə Federasiyaları arasında dostluq əlaqələrini nəzərə alaraq və bu gün çempionatın son günü olduğu üçün Çempionatın tamamlanmasından sonra bütün bu faktları yığaq və Beynəlxalq federasiyaya göndərmək barədə qərar qəbul edilib».
Cəfərovun sözlərinə görə, Türkiyə tərəfi də türk hakimin bu qərarının əleyhinədir: «Türkiyənin milli federasiyasının prezidenti Həmzə Yerlikayanın mənimlə danışıqda, Şənin bu qərarlarından narazı olduğunu söylədi».
Qeyd edək ki, Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatının həlledici final qarşılaşmasında Həsən Əliyev (66 kq) rusiyalı Adam Kuraka uduzub və gümüş medalla kifayətlənib.
Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-də artıq 6 medal qazanıb. Mariya Stadnik (48 kq), Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.