vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
20:16 | 31 avqust 2024 | Şənbə Məqaləyə 136 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hollandiyadan Ukraynaya 28 zirehli texnika

““F-16”lardan Rusiya ərazisində istifadə edə bilər”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hollandiyanın müdafiə naziri Ruben Brekelmans Ukraynaya “Vikinq” tırtıllı döyüş maşınlarını tədarük edəcəklərini bildirib. Müdafiə naziri Brekelmans “X” platformasındakı hesabında məsələ ilə bağlı paylaşım edib.

Brekelmans Ukraynaya 28 ədəd Viking paletli zirehli döyüş maşını tədarük etdiklərini və Ukrayna əsgərlərinin bu maşınlardan istifadə etmək üçün Hollandiya Dəniz Piyadaları tərəfindən təlim keçdiyini bildirib. “Ukraynaya verdiyimiz dəstəyimiz Rusiyanı uzaqda saxlamağa davam edir”. Brekelmans Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanın köməyinə ehtiyac duyduqlarını bəyan edib.

***

Brekelmans Hollandiyanın ictimai yayımı NOS-a verdiyi açıqlamada, “Ukrayna Hollandiyanın verdiyi “F-16” döyüş təyyarələrini Rusiya ərazisində də istifadə edə bilər”, – deyib.

Müharibə qanununun Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə Ukraynanın hərbi hədəflərə hücum etməsinə icazə verdiyini iddia edən Brekelmans, “Bu o deməkdir ki, məsələn, Rusiyadan bir raket atılırsa, Rusiyanın üzərindən “F-16” ilə bunun qarşısını ala bilərsiniz”, – deyib.

Brekelmans, Rusiya döyüş təyyarələrinin istifadə etdiyi və buradan raketlərin göndərildiyi hava limanlarının da müharibə qanunlarına görə qanuni hədəflər olduğunu müdafiə edərək, “Ukraynanın hücumları mülki hədəflərə yönəlməməlidir. Ukraynanın buna qətiyyən icazəsi yoxdur. Bizim qoyduğumuz şərtlər bunlardır”, – deyib.