
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Təbəssümləri də saxtadır
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Avropa İttifaqı (Aİ) Rusiyadan Qara dəniz vasitəsilə çəkiləcək 50 milyard avroluq «Cənub Axını» qaz kəməri layihəsi ilə bağlı planlarını dayandırmağa hazırlaşır. Bu, Krımı işğal etməsinə görə Kremlə qarşı Aİ-nin ilk ən ciddi tədbiridir. Xəbəri «Daily Telegraph» agentliyi yayıb.
Aİ Komissiyasının rəhbəri Joze Manuel Barrozo Aİ-nin layihə ilə bağlı yeni planına mane olmamaq və ya Ukrayna hadisəsinə Aİ-nin ümumi reaksiyasının qarşısını almamaqla bağlı Bolqarıstan siyasətçilərinə xəbərdarlıq edib. «Biz Bolqarıstana ehtiyatlı olmağı məsləhət görürük», - Bolqarıstan mətbuatına görə, o belə deyib.
Barrozu hakim Sosialist Partiyada Kremllə ikitərəfli razılıq əldə etməyə çalışan şəxslərə istinad edərək, Bolqarıstanda Rusiyanın casusları olduğunu bildirib.
Bu xəbərdarlıq Ukraynanın investorları təşvişə saldığı bir vaxtda yayılıb. Rusiya yönümlü etirazçılar Ukraynanın Donetsk şəhərində hökumət binalarını ələ keçirmiş və bölgəni «müstəqil» elan etmişdilər. Bundan sonra Moskva banklararası valyuta birjasında (MİCEX) aksiyaların kursu 2.4 faiz, rublun məzənnəsi isə dollara nisbətdə 1 faiz azalmışdı. Etirazçılar həmçinin Xarkov və Luqans şəhərlərində də hökumət binaları ələ keçirmişdilər.
Bundan əlavə, Ukrayna baş naziri Arseniy Yatsenyuk prezident Vladimir Putini Ukraynanın ağır sənaye mərkəzi olan Donbas bölgəsini ələ keçirmək üçün bəhanə axtarmaqda günahlandırıb. «Bu ssenarinin məqsədi Ukraynanı parçalamaq və Ukraynanın bir hissəsini Rusiya diktatorluğu altında olan kölə əraziyə çevirməkdir», - o deyib.