vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
14:52 | 20 fevral 2025 | Cümə axşamı Məqaləyə 77 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

USAİD-ə xarici müdaxilə ittihamı

Hindistan seçkilərində 21 milyon dollar xərcləməni ABŞ hökuməti də tənqid edir, qarşı tərəf də

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyini (USAID) keçmiş prezident Co Baydenin prezidentliyi dövründə Hindistanda seçkilərdə ictimaiyyətin iştirakını təmin etmək üçün 21 milyon dollar xərclədiyini tənqid edib.

Tramp Mayamidə keçirilən FII PRIORITY Sammitində keçən il Hindistanda keçirilən ümumi seçkilər üçün  və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) ortaya çıxardığı maliyyədən danışıb.

Tramp, Bayden dövründə istifadə edilən seçki fondunu tənqid edərək, “Hindistanda seçicilərin iştirakını təmin etmək üçün niyə 21 milyon dollar xərcləməliyik? Düşünürəm ki, onlar başqasının seçilməsinə çalışırdılar”.

Hindistanın ABŞ-a ən yüksək rüsum tətbiq edən ölkələrdən biri olduğunu qeyd edən Tramp, “Hindistana niyə 21 milyon dollar veririk? Onların daha çox pulu var. Tarifləri çox yüksək olduğu üçün oraya girməkdə çətinlik çəkirik. Hindistana və onların baş nazirinə böyük hörmətim var, amma seçkidə iştirak etmək üçün 21 milyon dollar verəcəyik?”

***

USAİD-in Hindistanda seçkilərdə ictimaiyyətin iştirakını təmin etmək üçün 21 milyon dollar xərcləməsi ilə bağlı iddialar Hindistanda da əks reaksiya ilə qarşılanıb.

Hakim Bharatiya Canata Partiyasının (BJP) liderlərindən biri Amit Malviya “X” sosial media platformasındakı hesabından paylaşdığı yazıda iddianı “xarici müdaxilə” kimi qiymətləndirib.

***

ABŞ prezidenti Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan dərhal sonra xarici yardım haqqında fərman imzalayıb.

Sərəncamda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və agentliklərin xarici ölkələrə ödənişlərini kəsəcəyi və proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunun qiymətləndirilməsi üçün 90 günlük araşdırma müddətinin başlandığı qeyd edilib.

ABŞ Dövlət Departamenti də yanvarın 27-də Departament və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.

DOGE-nin rəhbəri İlon Mask, USAİD menecerləri ilə bağlı problemlərə görə işçilərin “inzibati məzuniyyətə” göndərildiyini açıqlayıb. Agentliyin sosial media hesabları da bağlanıb.

Daha sonra Vaşinqton Rayon Məhkəməsinin hakimi Əmir Əli Tramp administrasiyasına USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini müvəqqəti bərpa etməyi əmr edib.