
“S-400” dilemması
Geosiyasi qərarin güvənlik böhranina çevrilməsi
Geosiyasi qərarin güvənlik böhranina çevrilməsi
Türkiyəlilərə 30 lirəyə olan qiymət xarici turistlərə 1 avrodur
Neft razılaşması Yunanıstanda panika yaratdı
Ərdoğan və Tramp arasında NATO Sammiti çərçivəsində əl sıxışdı
Ermənistan Qərbə niyə yaxınlaşır?
Cenevrədə sülhpərvərlik və dialoqdan, İstanbulda isə İslam həmrəyliyindən dəm vuran iranlı
Təkanlar Bodrumda hiss olunub
Türkiyənin strategiyasını yeniləməsi regional hadisələr və rəqabət səhnəsini hərəkətə gətirəcək
“Dönər kabab”ın hansı meyarları var?
Almaniyanın İstanbuldakı Konsulluğunda nələr baş verir?
“Şuşa Bəyannaməsi”nin 4 ili tamam olur
(Asparagas və onun jurnalistikadakı yeri)
Göldən 19 cəsəd çıxarılıb
Elektromaqnit döyüş imkanlarını genişləndirmək üçün təşəbbüs qrupu yaranıb
Bolqarıstan büdcəsi gömrük xidmətinin türklərdən müsadirə etdikləri sərvətlə dolub
Almaniyada Türkiyədən gələn ədviyyatlar okratoksin səbəbiylə riskli elan edilib
Ötən həftənin sonunda KİV-lər xəbərlədi ki, “S-400” kompleksinin Türkiyəyə daşınmasının birinci mərhələsi başa çatıb - qardaş ölkəyə artıq müvafiq texnikanın ilk komponentləri yetişib.
Beləliklə, bəzi politoloqların guya ABŞ-ın təzyiqi altında Türkiyənin Rusiya ilə hərbi sövdələşmədən vaz keçəcəyi haqqındakı proqnozları öz təsdiqini tapmadı.
Amma başqa proqnozlar da vardı. Məsələn, deyilirdi ki, Rusiya texnikası Türkiyəyə gətiriləcək, amma qutulardan çıxarılmayacaq və ya daha kəskin mülahizələr səslənirdi: Türkiyə Rusiya ilə sazişdən imtina etməyəcək və ABŞ da ona qarşı sanksiyalar tətbiq edəcək.
Hələlik Rusiya mənbələri bildirir ki, üç mərhələ olacaq və bu müddət ərzində Ankara onun üçün nəzərdə tutulmuş texnikanı bütünlüklə alacaq.
Amma siyasi təhlilçiləri indi başqa sual qayğılandırır: “Böyük iyirmilər”in Yaponiyada keçirilən son sammitində Türkiyə prezidenti öz amerikalı həmkarını inandıra bildi, yoxsa ki, sanksiyalar mütləq olacaq?
Xatırladaq ki, prezident R.T.Ərdoğanla görüşdən sonra D.Tramp da etiraf etmişdi ki, vaxtilə ölkəsi Ankaraya öz “Patriot”larını satmamaqla ədalətsiz davranıb. Bunun ardınca Türkiyə prezidentinin çox optimist bəyanatları səsləndi ki, bəs ölkəsinə qarşı heç bir sanksiya olmayacaq.
Amma onu da yada salaq ki, “böyük iyirmilər”in sammiti ərəfəsində ABŞ Senatı Türkiyəyə 100 ədəd F-35 təyyarələrinin verilməsi haqqındakı qərarın qüvvəsini dayandırıb. Odur ki, tərəddüdlər və bir az da narahatlıq hələ də qalır: hətta prezident Tramp mövqeyini dəyişibsə, o Senatı da buna vadar edə biləcəkmi? Nəzərə alsaq ki, ABŞ-da Konqress və prezident arasındakı münasibətlər heç də hamar deyil, bunun elə də asan olmayacağı qənaətinə gəlmiş olaraq.
Amma hələlik ABŞ təmsilçiləri Rusiya kompleksi ilə bağlı rəsmi yozumlar verməyə tələsmirlər - okeanın arxasında müəmmalı sükut hökm sürür.
Yalnız dövlət katibi M.Pompeo öz müsahibəsində Türkiyəyə qarşı düşmən dövlətlər üçün nəzərdə tutulan sanksiyaların tətbiq olunmasının vacib olduğunu bildirib. Amma bu fikri Pompeo öz adından səsləndirib.
Daim operativliyilə seçilən ABŞ prezidenti isə susur və sosial şəbəkələrdə açıqlama verməyə tələsmir. Düşünürük ki, bu həftə ərzində şərhlər və bəyanatlar mütləq olacaq, çünki mövzu həm maraqlıdır, həm də aktual və güman ki, Ağ Evdə növbəti mətbuat konfransında bu barədə də soruşulacaq.
Məsələ əlbəttə ki, əzəldən çox sadələşdirilibdir. Birincisi, ABŞ Hindistanı da sanksiyalarla hədələyirdi, halbuki Dehli nə NATO-nun, nə də ABŞ-ın üzvü və ya müttəfiqi deyil.
Bundan başqa yaxşı məlumdur ki, vaxtilə Yunanıstan dəfələrlə Rusiyadan müxtəlif silahlar almışdı. Bu azmış ki, geosiyasi ssenarilərin həvəskarları yəqin xatırlayırlar ki, bu NATO ölkəsinin adı Rusiya ilə ən müxtəlif alyanslarda hallanırdı - vaxtilə geopolitiklər Rusiyanın ətrafında müxtəlif konfiqurasiyalar, çoxbucaqlılar qurmağı sevirdilər ki, bunun da bir bucağı daim Yunanıstan olurdu.
Bəs onda problem nədədir? Hərbi-sənaye kompleksi ABŞ-da böyük imperiyadır və bəzən ölkənin siyasəti onun maraqlarına tabe etdirilir və o, da öz maraqlarını bu və digər dərəcədə ölkə siyasətilə uzlaşdırmağa çalışır - necə deyər, əl əli yuyur, əl də üzü; “Patriot” satılmayıbsa, deməli S-400-lərin də bazarı bağlanmalıdır...
Ümid edirik ki, məsələnin siyasi tərəfi yoluna qoyulacaq və Trampın əzəldən məsələyə daha loyal yanaşması və hətta məsələni araşdırmaqçün birgə komissiyanın yaradılmasına razı olması ümidlərimizi artırır.
Bizi bir qədər fərqli məsələ düşündürür. Türkiyənin hava hücumundan müdafiə sistemi Moskva üçün qismən də olsa, açıldı. Aydındır ki, yeni sistemin qurulmasını, hətta ilk vaxtlarda istismarını və türkiyəli kadrların hazırlanmasını rusiyalı mütəxəssislər həyata keçirəcək. Bəs bu onun müdafiə sisteminin etibarlılığını və möhkəmliyini azaltmırmı? Əlbəttə ki, nəticələrlə tələsmək lazım deyil. Hazırda ən aktual məsələ ABŞ-ın bu işə yekun reaksiyasıdır - bu, mülayim və loyal olsa, onda hesab etmək mümkün olar ki, təhlükə sovuşub. Belə deyim var ki, sükut razılıqdır və güman ki, Türkiyəyə komplekslərin çatdırılmasını eşidən jurnalistlər məsələ ilə bağlı rəsmilərin mövqeyini öyrənməyə çalışıblar.
Amma biz bu sətirləri yazarkən bunun nəticələri müşahidə olunmadı, güman ki, “Böyük 20-lər”in sammitində səslənən bəyanatları eşidəndən sonra jurnalistlər də qərara gəlib ki, okeanın o biri tayında “ürək tutmaları”, “şok”lar daha yaşanmayacaq və əlbəttə, bu bizi də sevindirir.
Burada bir məqamı da xüsusilə qeyd etmək lazım gəlir. Ola bilsin, “S-400”lərlə bağlı planının uğurla həyata keçməsindən sevincək olan Türkiyə prezidenti Rusiyadan “S-500”lərin də alınacağını dedi. Fəqət, bizə elə gəlir ki, bu bəyanata ehtiyac yox idi, çünki mümkündür ki, ABŞ da artıq özü üçün müəyyən nəticələr çıxarıb və ola bilsin, prezident D.Tramp kimi digərləri də razılaşıb ki, Vaşinqton vaxtilə “Patriot”ları öz müttəfiqinə satmamaqla həqiqətən də ədalətsiz davranıb...