İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:44 | 14 yanvar 2020 | Çərşənbə axşamı
Məqaləyə 5197 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Vaşinqton İranın neft ixracını tamamilə bloklamaq üçün maksimum səylər göstərəcək. Belə bəyanatla ABŞ dövlət katibi Maykl Pompeo Stenford universitetində çıxış edib.
“Biz İrandan neft ixracını 80 faiz bloklaya bilmişik və qalan 20 faizlə də məşğul olmaq niyyətimiz qətidir”,-Pompeo bildirib.
Lakin o dərhal əlavə edib ki, əslində ABŞ hakimiyyəti İran xalqının yaxşılığını istəyir, eyni zamanda Tehran rəhbərliyinə təzyiqləri də dayandırmayacaq.
ABŞla İran arasında münasibətlər yanvarın əvvəllərindən general Qasım Süleymaninin öldürülməsinə görə daha da kəskinləşib. İran buna cavab olaraq İraqdakı Amerika aviabazasına raket yağdırıb. Lakin Vaşinqton raket zərbələrinə hərbi yolla cavab verməyib və İrana qarşı yeni sanksiyalar tətbiq etməklə kifayətlənib.
ABŞ İrandan neft ixracına 2018-ci ilin payızından etibarən sanksiya tətbiq edib. Birləşmiş Ştatların sanksiyalarının təsiri altına düşməmək üçün İran neftinin müştəriləri olan ölkələr və şirkətlər Tehranla bu sahədə ticarəti dayandırmalı olublar. Hazırda İran öz neftini ancaq qeyri-leqal sxemlərlə, məhdud həcmdə ixrac edə bilir. Nəticədə ölkənin gəlirləri kəskin aşağı düşüb, iqtisadi böhran dərinləşib.