
Neft ucuzlaşır
ABŞ–Çin ticarət gərginliyi və artan təklif qorxusu neft qiymətlərini aşağı salır
ABŞ–Çin ticarət gərginliyi və artan təklif qorxusu neft qiymətlərini aşağı salır
Qara qızılın qiymətlərində iyul ayından bəri ən böyük həftəlik ucuzlaşma baş verib
OPEC+ artımı ilə bağlı narahatlıqlar fonunda qiymətlərdə kəskin ucuzlaşma gözlənilir
Birjalarda nəzərlər OPEC+ toplantısına çevrilib
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
OPEC+ istehsal artımı gözlənilir
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Enerji nəhəngi Meksika körfəzinə əlavə sərmayə yatıracaq
İraqın qara qızıl ixracını bərpası bazarlara təsir etdi
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp neft ölkələri təşkilatına təzyiq edir
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Neft Rusiyanın məhdudiyyətləri ilə bahalaşır
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
“OPEC+ Texniki Komissiyasının və Nazirlər Monitorinq Komitəsinin Bakıda keçiriləcək birgə iclası zamanı üzv ölkələrdə hasilat həcminin təhlili gələn ay OPEC toplantısında son qərar verilməsi üçün zəmin yaradacaq”. Bunu Rusiyanın Enerji İnkişaf Fondunun direktoru Sergey Pikin deyib.
Onun fikrincə, neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadılması üç amillə bağlıdır. Birincisi, aprelin sonu – may ayının əvvəlində ABŞ-ın İrana qarşı sanksiyalarından bir sıra neft idxalçısı ölkələrinə verilən möhlət başa çatır: “Bu möhlətin uzadılacağı, yoxsa bütövlüklə ləğv olunacağından asılı olaraq, İran neftinin sonrakı tədarükü barədə proqnoz vermək mümkün olacaq. İkinci amil Venesuelaya qarşı gələn ayın sonunda gözlənilən sanksiyaların tətbiqi, nəticədə bazardakı təklifin nə qədər azalacağı ilə bağlıdır”.
Üçüncü amili dünya neft bazarındakı təkliflə tələbatın nisbəti ilə əlaqələndirən rusiyalı ekspert İran və Venesuela neftini alan ölkələrə qarşı ABŞ tərəfindən anlayış göstəriləcəyi təqdirdə OPEC+ ölkələrinin hasilat həcminə dair məhdudiyyəti bir müddət saxlayacağını istisna etməyib.
Bununla yanaşı, hazırda bazarda hər hansı qıtlığın olmadığını qeyd edən S.Pikinin sözlərinə görə, İran ilə Venesueladan azalan tədarük səbəbindən yaranan boşluğu başqa istehsalçı ölkələrin doldurduğunu dilə gətirib.
S.Pikinin fikirlərinə şərik olan digər rusiyalı ekspert, “RusEnergy”şirkətinin ortağı Mixail Krutixin neft tədarükündə yaranan boşluqların Səudiyyə Ərəbistanı, ABŞ və Rusiya kimi ölkələr tərəfindən doldurulduğunu diqqətə çatdırıb.
Hazırda neft bazarındakı vəziyyətin sabit olduğu qənaətində olan hər iki ekspert son iki ay ərzində 60-65 dollar arasında müşahidə olunan qiymətin həm neft istehsalçısı, həm də istehlakçı ölkələrinə, o cümlədən müstəqil oyunçu olan ABŞ-a sərf etdiyini bildiriblər: "Bu da tərəflər arasındakı konsensusa nail olunduğunu göstərir”.
Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən etibarən OPEC-in üzvü olan 11 ölkə ilə 10 qeyri-OPEC ölkəsi gündəlik hasilatı ötən ilin oktyabr ayı səviyyəsinə nisbətən 1,2 milyon barel azaldıblar. Belə ki, OPEC ölkələri hasilatı 800 min barel, qeyri-OPEC ölkələri isə 400 min barel azaldacaqlarını bildirmişdilər. Bu razılaşma aprel ayında düzəliş gətirməyin mümkünlüyü şərti ilə 6 ay müddətinə çıxarılıb. Həmin razılaşma çərçivəsində Azərbaycan gündəlik hasilatı 2018-ci ilin sentyabr ayına nisbətən 20 min barel azaldaraq 776 min barelə çatdırmalıdır.