
Trampın NATO planları tutur
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
Pərakəndə satış şəbəkəsinin serverinə girən hakerlər sistemi iflic edib
İş və təhsil vizalarını arxa qapı kimi istifadə edən ölkələrə məhdudiyyət qoyulacaq
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
Almaniya İsraildən müdafiə sistemi alıb
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Böyük bir sui-qəsd planı ifşa edildi
İsveçlilər maralı köçünü 478 saat canlı yayımla izləyiblər
Şahzadə Harrinin müsahibəsi Sarayı qəzəbləndirdi
Trampın sammitdə iştirak etmək üçün yalnız bir şərti var
Məhkəmə təhlükəsizlik tələbini rədd etdi
Cekpot udub 11 milyon manatdan çox qazanan adam fanatı olduğu idmana görə Bakıya gələcək
Almaniyada 3 sərxoş ingilis əsgəri həbs olunub
Dünyanın ən yaşlı insanı sirrini bölüşdü
Böyük Britaniya xərçəngi tək peyvəndlə müalicə etmək üçün qollarını çırmalayır
Britaniya və Norveç Avropanın təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş yeni müdafiə sazişi üzrə danışıqlara başlandığını elan ediblər. İngiltərə Müdafiə Nazirliyindən verilən açıqlamada müdafiə naziri Con Hili ilə Norveç-Rusiya sərhədinin 400 kilometrliyindəki bölgədə norveçli həmkarı Tore Sandvik ilə görüşdüyü bildirilib.
Bəyanatda iki nazirin Norveçdə Böyük Britaniyaya məxsus “RFA Proteus” gəmisinə baş çəkərək gəminin sualtı infrastrukturun mühafizəsi üçün texnoloji imkanlarını araşdırdıqları, İngiltərə və Norveçin NATO-nun “Baltik gözətçiliyi” əməliyyatı çərçivəsində Baltik dənizində kritik infrastrukturun qorunması üçün əməkdaşlıq etdiyi qeyd edilib.
Açıqlamada bildirilir ki, səfər zamanı Britaniya naziri Hili ölkəsi ilə Norveçi hər zamankindən daha yaxınlaşdıracaq və milli təhlükəsizliyi artıracaq yeni sazişlə bağlı planlar ortaya qoyub. Bu çərçivədə iki ölkənin Avropa təhlükəsizliyini gücləndirmək və Rusiya təhdidlərinə qarşı çəkindirmə qabiliyyətini artırmaq məqsədi ilə yeni müdafiə sazişi üçün danışıqlara başladığı açıqlanıb.
Açıqlamada yeni razılaşmanın İngiltərənin Avropa təhlükəsizliyi və NATO-da aparıcı rol oynama hədəfi istiqamətində mühüm addım olduğu vurğulanaraq, Rusiyanın Arktika və Yüksək Şimal bölgələrində hərbi fəaliyyətlərini artırdığına diqqət çəkilib. Bəyanatda vurğulanır ki, bu əməkdaşlıq NATO-nun şimal cinahında müdafiə qabiliyyətini gücləndirəcək.
Bundan əlavə, bəyanatda iki ölkənin Ukraynaya dəstəyini davam etdirdiyi, Böyük Britaniya və Norveçin Dəniz Qabiliyyəti Koalisiyasının rəhbərliyi altında Ukrayna donanmasını gücləndirdiyi və yeni pilotsuz sualtı sistemlər hazırladığı vurğulanıb. Açıqlamada iki ölkənin indiyədək 51 mindən çox Ukrayna əsgərinə təlim keçdiyi də paylaşılıb.
***
Bəyanatda dəyərləndirmələri yer alan Britaniya naziri, ölkəsinin Norveçlə yeni müdafiə sazişi üzərində işə başlamasının İngiltərənin Avropa təhlükəsizliyi ilə bağlı addımlar atmaq vədini həyata keçirdiyini göstərdiyini şərh edib: “Norveç Böyük Britaniyanın ən mühüm müttəfiqlərindən biri olaraq qalır, biz artan təhlükələrlə mübarizə apararkən, NATO-nu və Yüksək Şimalda təhlükəsizliyimizi gücləndirərkən bizi həmişəkindən daha da yaxınlaşdıracaq yeni müdafiə tərəfdaşlığı dövrü yaradacağıq”.
Norveçin müdafiə naziri Sandvik də İngiltərənin Avropadakı ən yaxın və mühüm müttəfiqlərindən biri olduğunu qeyd edib: “Böyük qeyri-müəyyənlik dövründə eyni təhlükəsizlik problemləri ilə üzləşirik. Buna görə də ümumi strateji maraqlarımızı qoruyaraq özümüzün və müttəfiqlərimizin təhlükəsizliyini artırmaq üçün əlaqələrimizi daha da gücləndirməyimiz təbiidir. Eyni zamanda, NATO-nun daha da güclənməsinə töhfə verəcəyik”.