
“Bizansvari metod dəyişməz qalıb”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Qələbə paradı ərəfəsində Ukrayna ordusunun ikinci dəfə Rusiya torpağına girməsi Kremldə şok yaradıb
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna müharibəsində yaralanaraq müalicə üçün Şimali Koreyaya göndərilən əsgərlər bu ölkədə yaşadıqlarından danışıblar.
İngilis “The Guardian” qəzetinin adının Aleksey olaraq verdiyi rus əsgər iki il Ukrayna cəbhəsində döyüşdükdən sonra qəlpə yarasına görə yenidən Vladivostoka göndərildiyini bildirib. O, müalicə prosesini sürətləndirmək üçün Rusiyadakı sanatoriyalardan birinə getmək üçün müraciət etdiyini, lakin artıq yer qalmadığı üçün Şimali Koreyaya göndərildiyini bildirir.
Əsgər deyir ki, əvvəlcə paytaxt Pxenyana, oradan isə ölkənin şərq sahilindəki Vonsan şəhərindəki səhiyyə müəssisəsinə gedib. Müəssisədə ən azı 20 digər rus əsgərinin müalicə aldığını qeyd edən Aleksey “Yeməklər dadsız idi və ümumiyyətlə ət yox idi”, – deyib.
O, həmçinin spirtli içki tapmağın çox çətin olduğunu və ölkədə keçirdiyi vaxtın gözlədiyi kimi olmadığını deyib. Aleksey deyir ki, obyektlər təmiz idi, əsgərlər hovuz və saunadan istifadə edə bilirlər, “Mən yenə də növbəti dəfə daha tanış bir yerdə müalicə almağa üstünlük verərdim”, – deyə Aleksey bildirir.
Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora fevralın 9-da rəsmi “Rossiyskaya qazeta” qəzetində dərc olunan müsahibəsində müharibədə yaralanan yüzlərlə rus əsgərinin Şimali Koreyadakı müəssisələrdə müalicə aldığını bildirib. Matseqora həmçinin bildirib ki, bütün müalicə və yaşayış xərcləri Pxenyan administrasiyası tərəfindən qarşılanıb.
Bununla belə, Vaşinqtonda yerləşən Müharibə İnstitutunun keçən həftə dərc etdiyi hesabatda rus əsgərlərinin Şimali Koreya döyüşçülərinə təlim keçmək üçün ölkəyə getdiyi iddia edilir: “Döyüş qabiliyyətinə malik rus əsgərlərinin, xüsusən də zabit və gizirlərin Şimali Koreyaya göndərilməsi Rusiya hərbçilərinin Şimali Koreya qüvvələri ilə birgə işləməsinə və Ukraynadakı müharibədən öyrəndiklərini bölüşməsinə imkan verə bilər.
Ukrayna cəbhəsində həlak olan rus əsgərlərinin uşaqları rus əsgərlərinin müalicə aldığı Vonsan şəhərindəki Sonqdoun Beynəlxalq Uşaq Düşərgəsində saxlanılır. Rusiya prezidenti Vladimir Putin keçən ilin iyununda Pxenyana səfəri zamanı Şimali Koreya lideri Kim Çen Ina düşərgədəki fəaliyyətə görə təşəkkür edib.