

Yelenaya son səfərində gəmi-gəmi gəzən Napolen
Fransanın yeni qablaşdırma vergisi çörək bişirənləri qəzəbləndirdi
Fransa dondurulmuş Rusiyanın aktivləri ilə Ukraynaya maliyyə ayıracaq
Putin Makronu Rusiyanı “təhlükə” olaraq gördüyünə görə tənqid etdi
Medvedev Makronun xəbərdarlığını ələ salıb
“Rusiyanın Ukrayna ilə kifayətlənəcəyinə kim inana bilər?”
Bir il mühasirədə qalan şəhər və 500 ildən sonra qoyulan abidə
Fransanın Dövlət Şurası kollegiyanın təklifini təsdiqləyib
İdman yarışlarında, hovuzlarda hicab qadağası qüvvəyə minir
Fransaya “SU-35” döyüş təyyarəsi şoku
Makron: “Başımıza gələcəklərə hazır olmalıyıq”
Böyük Britaniyanın ev sahibliyi etdiyi Ukrayna üzrə liderlərin sammiti başlayır
Böyük Britaniya və Fransa razılığa gəliblər
2-4 milyon adamın ölümünə səbəb olan məzhəb qırğınları
Makron deyir ki, Trampla rüsumlarla bağlı görüşdən narazı qayıdıb
İfrat sağçı kanalı bağlamaq qərarı
2024-cü ilin may ayından həbsdə olan və iki həbsxana nəzarətçisinin pusquya salaraq öldürdükdən sonra qaçan məhbus Rumıniyada yaxalanıb.
Fransa və Rumıniyanın daxili işlər nazirləri dünən 30 yaşlı Məhəmməd Əmranın ələ keçirildiyini açıqlayıblar.
Rumıniyanın daxili işlər naziri Katalin Predoiu yazılı açıqlamasında “Rumıniya polisi onun yerini müəyyənləşidirib, şəxsiyyətini təsdiqləndikdən sonra 48 saat ərzində yaxalayıb”, – deyib.
Fransanın daxili işlər naziri Bruno Retaillo da Rumıniyaya əməkdaşlığa görə təşəkkür edib.
Fransanın baş naziri Fransua Bayrou “X”də verdiyi açıqlamada, “Aylardır davam edən axtarışlardan sonra Amra nəhayət tutuldu!”, – yazıb.
Prezident Emmanuel Makron bunu fantastik uğur kimi qiymətləndirib və hücumda həyatını itirən həbsxana məmurlarının xatirəsini yad edib.
Məhbus daşıyan həbsxana furqonu mayın 14-də yerli vaxtla səhər saat 11 radələrində Fransanın Rouen şəhərində pusquya salınıb.
Əmra qaçarkən ordu tipli silahlardan istifadə edilən hücumda iki həbsxana mühafizəçisi ölüb, üçü isə yaralanıb.
İki dəqiqədən çox güllə yağışını əks etdirən kadrlar Fransanı şoka salıb.
“İnterpol” narkotik qruplaşmalarının aparıcı fiqurlarından biri olmaqda şübhəli bilinən Məhəmməd Əmra üçün qırmızı bildiriş və axtarış qərarı verilib, cinayətkarın ələ keçirilməsi üçün 300-dən çox müfəttiş təyin edilib.
“Milçək” (La Mouche) ləqəbi ilə tanınan Əmranın cinayət dosyesi zorakılıq maddəsi ilə 15 yaşında ikən başlayıb. O, həbsxanada olarkən qətllər üçün göstəriş verməkdə də şübhəli bilinir.
O, qaçaqkən ona qarşı daha iki yeni cinayət iş açılıb – Marseldə quldur qətli və Ruanda adam öldürməyə cəhd.
O, dindirilmək üçün aparılarkən dostları onun qaçmasına şərait yaradıblar.
Fransa xəbər agentliyi AFP xəbər verir ki, qaçırılma əməliyyatında zirehli avtomobillər və ağır silahlardan istifadə polisi yeni nəsil narkotik bandaların zorakılıqlarının nə qədər təhlükəli olması ilə bağlı ciddi narahat edib.
Əmranın uzun müddət tutulmaması onun rəqibləri tərəfindən öldürüldüyü iddialarına səbəb olmuşdu.