vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ANALİZ  
23:42 | 23 fevral 2025 | Bazar Məqaləyə 168 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Seytnota düşən NATO

Avropa Trampın qorxulu ritorikasını gec də olsa başa düşdü, amma ...

Əlibəy ZEYNALLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropanın təhlükəsizliyinin birbaşa Ukraynanın təhlükəsizliyindən asılı olmasını avropalılar çox yaxşı bilir. Ukrayna Rusiyanın Avropaya çıxışının qarşısını kəsməklə Avropa Birliyi və Rusiya arasında təhlükəsizlik buferi rolunu oynamaqdadır. Gec də olsa Avropa bunu Trampın qorxulu ritorikasından sonra başa düşüb hərəkətə keçib. Amma indiyə qədər bu istiqamətdə priventiv tədbirlərin görülməməsi Avropanı seytnot vəziyyətinə salıb. Təəssüf ki, Ukrayna bufer zonası rolu oynamaqla Rusiya ilə müharibədə böyük itkilər verir. Ən dəhşətlisi isə insan itkisidir. Ölkənin şəhər və kəndlərinin, iqtisadi infrastrukturunun dağıdılmasını da bu itkilərin sırasına aid edə bilərik. Gələcəkdə bu itkiləri bərpa etmək üçün Ukraynaya 100 milyardlarla dollar vəsait lazım olacaq. Avropa bundan sonra öz təhlükəsizliyini təmin etmək üçün Ukraynaya sanballı hərbi və maddi yardım göstərməyə borcludur. Ukraynanın bərpasında yaxından iştirak edib onun iqtisadiyyatına yatırımlar etməlidir. Rusiyanın dondurulmuş vəsaitləri Ukraynanaın bərpasına yönəldilməlidir.

 ABŞ-a gəldikdə isə əlbəttə Tramp hələ ABŞ demək deyil. Tramp maksimum 2026-cı ilin axırına kimi, konqresə növbəti aralıq seçkilərinə qədər şıltaqlıq edə biləcək. Artıq Ağ evə sahib çıxan  Trampın 1 ay ərzində reytinqi sürətlə enməkdədir. Sorğulardan birində respondentlərin 41 faizi onu hətta diktator adlandırır. Hollivud ulduzları onun şizofreniyadan əziyyət çəkməsindən, ağıl kəmliyindən danışır, onu infantil adlandırırlar. Düşünmədən qərarlar verir. Prezidentliyinin  ilk ayı ərzində dayanmadan ağılsız sərəncamlar imzalayır. Ticari rüsumları qaldırır, ortaq quru sərhədləri olan Kanadanı 51-ci ştatı elan edir, Meksika ilə ticari əlaqələrini sərtləşdirir. Danimarkaya məxsus Qrenlandiyanı satın almaqdan dəm vurur, Panama kanalına sahib çıxır. Avropadakı müttəfiqləri ilə sərt davranır, Ukraynaya ultimatum verir, bütün infrastrukturunu ələ keçirmək üçün nadir metal yataqları üzrə saziş bağlamağa məcbur edir, ağlına gələni danışır. Zopa siyasəti yeridir. BMT üzvlüyündən imtina edir, Beynəlxalq məhkəməyə qarşı sanksiyalar tətbiq edir, Konqresin maliyyələşdirdiyi USAİD-i (indi Ağ evə tabe edib), “Azadlıq” radiosunu və “Amerikanın səsini”  bağlamaq istəyir. Hətta Təhsil nazirliyinin lazımsızlığından dnışır. NATO-dan çıxmaq üzərində fikirləşir. Amma bütün bu baş verənlərin fonunda nədənsə əzəli və ideoloji düşməni olan Rusiyaya reveranslar edir. Əcəba bütün baş verənlər nədən və haradan qaynaqlanır? Xəstəliyə bir bax, adam başına kral tacı qoyub Ağ Evin saytında şəkilini paylaşır. Deyir mən ABŞ-ın kralıyam! ABŞ demokratiyasını və nüfuzuna böyük xələl gətirir. Minlərlə vergi işçisinin iş yerlərini ixtisara salır. Yəqin ki, çox sürətlə getdiyindən elə yaxın vaxtlarda nəfəsi kəsiləcək, “barıtı” qurtaracaq, imzalamağa sərəncam qalmayacaq. Trampın öz xoşuna, könüllü olaraq dəyişəcəyinə inanmıram. Onu sakitləşməyə, Amerikanın maraqlarına zidd olan hərəkətlərə yol verməməsinə məcbur edəcəklər. Onu fiziki mənada aradan da götürə bilərlər. Amma çox çətin olacaq. Hazırda ABŞ konqresinin hər iki palatasında  çoxluq təşkil edən respublikaçıların əksəriyyəti ultra sağçılardı. Tramp birinci prezidentliyi vaxtında yaxşı formalaşdıra bilmədiyi komandasını bu dəfə həm öz ətrafında və həm də konqresdə ultrasağçılardan  formalaşdırmağa müyəssər olub. Birləşmiş Ştatlarda ifrat sağçılar- ifrat mühafizəkarlığa, “ağ irqin” üstünlüyünə və digər sağçı və ya ifrat sağçı ideologiyalara meyl edən, sui-qəsd ritorikası, konservativ ənənələrinə sadiq qalan və mürtəce baxışlarla birləşən siyasi hərəkatdır. Bu termin ilk dəfə 1950-ci illərdə sosial elm adamları tərəfindən ABŞ-dakı Con Börç Cəmiyyəti kimi kiçik qruplara istinad etmək üçün istifadə edilib və oxşar qruplara da tətbiq edilmişdir. İfrat sağçılar sosial institutlarda radikal dəyişikliklər etməyə və öz dəyərlərinə və ya iqtisadi maraqlarına təhlükə hesab etdikləri institutları və şəxsləri siyasi həyatdan kənarlaşdırmağa çalışırlar. 2005-ci ilə qədər ABŞ-da 500-ə yaxın ifrat sağçı irqçi və neofaşist qruplar fəaliyyət göstərirdi. 11 sentyabr 2001-ci il terror aktlarından sonra amerikalılar arasında islamafobiya səviyyəsi də artaraq bura əlavə edildi. Trampın ritorikasında Hitlerin generallarına rəğbət var. Adam irqçi və faşist meyllidir. Belə olmasa idi diktator kimi tanınan, öz vətəndşlarını kütləvi qırğına verən Putini sülhsevər kimi təqdim etməzdi. Trampın daha tэhlükəli addımlarından biri də dünyada və o cümlədən Avropada hakimiyyətə ultrasağçıların gəlməsini dəstəkləmək və bu istiqamətdə atdığı addımlardı. 

Təsadüfü deyil ki, bu günlərdə  Vaşinqton yaxınlığında düzənlənən  Mühafizəkarların illik Siyasi Fəaliyyət Konfransında Trampın və onun ətrafının etdiyi çağırışlar da bunları deməyə əsas verir.  Tədbirə dəvət olunan Avropa siyasətçilərinin bir çoxu da sağ təmayüllü siyasətçilər olub. Büün bunlara rəğmən demək olar ki, Trampın çabaları dünya düzənini dəyişmək kimi tendensiyalara söykənir və həm də bu onun və komandası tərəfindən təhlükəli istiqamətdə inkişaf etdirilir. Qarşıda Yaxın Şərqdəki vəziyyət, o cümlədən İrana qarşı atıla biləcək addımlar, Çinlə Tayvan ətrafında yarana biləcək qarşıdurma, Avropa ilə münasibətlərin gərginləşcəyi dinamikasını müşahidə edəcəyik. Əgər fors-major hadisələr baş verməsə...