
Cəsədlər üzərindən keçən parad ...
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib
Rusiyanın ağır itki statistikası 260,700 hərbçiyə qədər artıra bilər
“Ümid edirəm ki, bundan istifadə etməyə ehtiyac qalmayacaq”
Vaşinqton təbii ehtiyatlara çıxışı Avropanın təhlükəsizliyindəki dominantlığı kimi baxır
Putinin dəyişəməyən mövqeyini bəzi respublikaçılar təkrar gördü
Rus dilini bilən Culi Deyvisin SSRİ təcrübəsi var
ABŞ prezidenti “Müharibəyə bir günə son qoyacağam” demişdi
“Dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik”
Rusiya istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır
Təşkilat evlərinə qayıdan suriyalıların sayını açıqladı
ABŞ mətbuatı sazişi Ukraynanın qələbəsi adlandırır
“ABŞ azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”
Almaniyanın keçmiş prezidenti tənqid etdi: “Məni narahat edən əqli zəifliyimizdir”
“Rusiya Ukraynadakı məqsədlərindən əl çəkməyəcək”
Ukrayna-Rusiya müharibəsinin 3-cü ildönümü ötdükcə BMT Baş Assambleyası fövqəladə sessiyaya toplaşıb.
Sessiyada Ukraynanın hazırladığı, “Rusiya qüvvələrinin dərhal çıxarılmasını və müharibənin dayandırılmasını” tələb edən və Avropa Birliyi (AB) ölkələrinin dəstəklədiyi qətnamə layihəsi səsə qoyulub.
Ukraynanın qanun layihəsi Baş Assambleyada 93 “hə” və 18 “xeyr” səsi ilə təsdiqlənib. 65 ölkə səsvermədə bitərəf qalıb.
Ukraynanı dəstəkləyənlər sırasında Britaniya, Avstriya, Belçika, Almaniya, İtaliya, Kanada, Fransa, Bolqarıstan, Misir, Serbiya, Slovakiya, Türkiyə kimi dövlətlər var.
Bitərəf qalanlar arasında Ermənistan, Braziliya, Vyetnam, Hindistan, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Kuba, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan və Özbəkistan da var.
Azərbaycan, Gürcüstan, Türkmənistan səsvermədə iştirak etməyib.
Səsvermədə ABŞ və Rusiya qanun layihəsinin əleyhinə olub.
Qəbul edilmiş qətnamədə qeyd olunub ki, Rusiya işğalı üç ildir davam edir və təkcə Ukrayna üçün deyil, həm də digər regionlar və qlobal sabitlik üçün “dağıdıcı və uzunmüddətli nəticələr verməkdə davam edir”.
AB ölkələrinin də dəstəklədiyi qətnamədə iki ölkə arasında davam edən müharibəyə son qoyulması və Rusiyanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən tamamilə çıxması tələb olunur.
***
Bundan başqa ABŞ tərəfindən hazırlanan ikinci qətnamənin ilkin variantı tam bitərəf məzmunda olub, orada işğaldan, ərazi bütövlüyü prinsipindən bəhs edilməyib. Fransa, Britaniya və AB ölkələrinin bu barədə təklif etdikləri əlavələr qəbul olunub. Rusiyanın əlavəsi rədd edilib. Nəticədə qətnamə layihəsi lehinə 89, əleyhinə 8 səslə təsdiqlənib. ABŞ öz layihəsi üzrə səsvermədə bitərəf qalıb.
Azərbaycan bu səsverməyə də qatılmayıb. Türkiyə isə yenə də qətnamənin lehinə səs verib.
Onu da bildirək ki, Baş Assambleyada qəbul edilən qərarların heç bir hüquqi qüvvəsi yoxdur.