

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Trampın nifrət etdiyi proqnozlar
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
Tarix bizə yalnız keçmişi öyrətmir, həm də gələcəyə işıq tutur. İnsanlıq yüzilliklər boyu eyni səhvləri təkrarlamaqdan xilas ola bilmir. XX əsr dünya tarixində qanlı müharibələrlə, ideoloji toqquşmalarla və böyük fəlakətlərlə yadda qalıb. Müasir dövrə baxdıqda, həmin hadisələrin kölgələrinin yenidən uzandığını hiss edirik. Tarix sanki bir dövrə kimi təkrarlanır və insanlıq yenidən eyni uçuruma doğru irəliləyir.
Birinci Dünya müharibəsi əvvəlcə böyük güclərin siyasi və iqtisadi maraqlarının toqquşması kimi başlasa da, sürətlə qlobal bir fəlakətə çevrildi. Kiçik bir qığılcım – Avstriya-Macarıstan taxt-tacının varisinin öldürülməsi – milyonlarla insanın həyatına son qoyan bir müharibəni alovlandırdı. Müasir dövrdə də biz kiçik münaqişələrin qlobal qarşıdurmalara çevrilmək potensialı daşıdığını görürük.
Bəs bu dəfə qığılcım haradan yanacaq?
Bu gün dünyada bir çox regional münaqişələr qlobal sabitliyi sarsıdır. Orta Şərqdə, Asiyada və Avropada baş verən siyasi gərginliklər bəzən elə bir nöqtəyə çatır ki, böyük güclərin birbaşa qarşıdurmasına yol aça bilər. Ən aktual nümunələrdən biri Ukrayna müharibəsidir. Rusiya və Qərb arasında geosiyasi qarşıdurma yalnız bu regionla məhdudlaşmır. Enerji böhranı, iqtisadi sanksiyalar və hərbi gərginliklər vəziyyəti daha da mürəkkəbləşdirir. Əgər diplomatik həll yolları tapılmasa, bu münaqişə daha genişmiqyaslı bir böhrana çevrilə bilər.
Bəs biz II Dünya müharibəsindən nə öyrəndik? Yoxsa tarix təkrar olunmağa məhkumdur?
İkinci Dünya müharibəsi diktatorların aqressiv siyasətindən, ideoloji nifrətdən və iqtisadi böhranlardan qaynaqlanmışdı. Totalitar rejimlər insan azadlığını boğur, müstəqil dövlətlərin suverenliyini tapdalayırdı. Bu gün dünya yenidən avtoritar tendensiyaların güclənməsinə şahid olur. Demokratiyanın zəifləməsi, informasiya müharibələri və regional münaqişələr dünya düzənini yenidən sarsıdır. Qərb və Şərq arasında artan gərginliklər, ticarət müharibələri və hərbi alyansların güclənməsi bizə tanış bir mənzərəni xatırladır. Lakin sual yaranır: bu dəfə nəticə fərqli olacaqmı?
Bəs bu balans yenidən sarsılarsa, bizi nə gözləyir?
Soyuq müharibə dövründə dünya iki qütbə bölünmüşdü. Nüvə silahları insanlığın taleyini təhlükəyə atmışdı. İdeoloji və iqtisadi savaşlar hərbi qarşıdurmalara çevrilirdi. Müasir dünyada isə yeni bloklaşmalar, ticarət müharibələri və silahlanma yarışı sürətlənir. ABŞ və Rusiya arasında olan indiki münasibət!? NATO-nun genişlənməsi və Çinin yüksəlişi yeni bir qlobal güc balansı formalaşdırır. Əgər bu balans ciddi şəkildə pozularsa, dünya yeni və daha mürəkkəb bir münaqişə dövrünə daxil ola bilər.
Bütün bu hadisələr bizə bir həqiqəti xatırladır: insanlıq öz tarixini öyrənməsə, eyni faciələri yenidən yaşayacaq. Tarix bir dövrə kimi təkrarlanırsa, deməli, gələcəkdə bizi hansı fəlakətlərin gözlədiyini dərk edə bilərik. Lakin bunun qarşısını almaq üçün bilik, şüur və iradə lazımdır. Biz tarixin hansı mərhələsində dayanırıq? Yenidən uçuruma doğru irəliləyirik, yoxsa bu dəfə fərqli bir yol seçə biləcəyik?